letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de özu bilsin - zümrün kərimli

Loading...

[bənd 1]
mən vermişəm öz könlümü yarə, özü bilsin
istər eləsin hicrilə yarə, özü bilsin
bilmiş nə bəlalər gətirib başimə zülfü
tökmüş yenə ol mahi-üzarə, özü bilsin

yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi
ölsəm, demərəm bir də dübarə, özü bilsin
ol gül məni xar eylədi biganə yanında
bir bilmədi, çox etdim işarə, özü bilsin

bimariyəm ol nərgisi-məstin, ölürəm mən
qoy eyləməsin dərdimə çarə, özü bilsin
hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə
rəhm eyləməsin qoy dili-zarə, özü bilsin

vahid! məni pərvanətək ol şəmi-cəmalın
yaxsın dəxi bundan sonra narə, özü bilsin

letras aleatórias

MAIS ACESSADOS

Loading...