letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ayrı sahillərin eyni dalğası - abbas bağırov

Loading...

abbas bağırov – ayrı sahillərin eyni dalğası

[bənd 1]
ömrün hər ilinə bir ümman dedim
niyə uzaq saldı bu illər bizi?
bir az sən geciksən, mən tələsəydim
bəlkə ayırmazdı bu illər bizi

yaxın bir sevginin uzaq nidası
ürəyi şimşəktək odlayıb keçir
ayrı sahillərin eyni dalğası
doğma qəlbimizdən adlayıb keçir

gecə şirin-şirin mürgüləyəndə
seyr edər ay səni, kəhkəşan səni
mən səhər küləyə “əsmə” deyəndə
kim isə oyadar yuxudan səni

[bənd 2]
keçirsən, quş olub qanadlanıram
amma ucalmağa üfüq çatmayır
səni mələklərə mələk sanıram
o isə qanuni bir arvad sayır

qoşa keçərsiniz, yaxın gəlmərəm
mən yoxam yanında, nə zaman o var
gözümü qaldırıb baxa bilmərəm
o isə istəsə, əl də qaldırar
baxar, qibtə eyləmir sizi hər görən
ya dinər yer ilə səma da birgə
birgə döyünməyən ürəklər görən
necə addımlayır dünyada birgə?

[bənd 3]
gecikmiş arzular aşıb-daşanda
baxaram, könlümdən al qanlar axar
qanunsuz bir nigah qanunlaşanda
qanuni məhəbbət kənardan baxar

letras aleatórias

MAIS ACESSADOS

Loading...