letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de əfsanə - zamiq hüseynov

Loading...

[bənd 1]
bu dünyada sevgi əbəs həvəs ola bilər
məni yaşadandır qəlbimdə olan
təbəssümün olmasa, bu dünya qəfəs ola bilər
sənlə yaşlanmaqdır əlimdə olan

[keçid]
“yox” söyləmə mənə sən
çox söyləmə mənə sən
ürəyində saxlama arzularını
“yox” desən də mənə sən
çox desən də, sevirsən
bilirəm gizlədirsən duyğularını

[nəqərat]
çıxıb gedirəm uzaqlara
qoyma məni yalnız qalım mən
hisslər özü ifadədir
ayrı hər şey bəhanədir
sevgimiz bir əfsanədir

[bənd 2]
bu dünyada məsafələr səbəb ola bilər
sənlə uzaq olsam da, ol mənə yaxın
yaxın olsan əgər, başqa mənə nə dərd ola bilər?
neylərəm bu həyatı mən sənsiz axı?!
[keçid]
“yox” söyləmə mənə sən
çox söyləmə mənə sən
ürəyində saxlama arzularını
yox desən də mənə sən
çox desən də, sevirsən
bilirəm gizlədirsən duyğularını

[nəqərat]
çıxıb gedirəm uzaqlara
qoyma məni yalnız qalım mən, ey
hisslər özü ifadədir
ayrı hər şey bəhanədir
sevgimiz bir əfsanədir

sevgimiz bir əfsanədir

letras aleatórias

MAIS ACESSADOS

Loading...