letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de darvish - xpert

Loading...

[nəqarət (rashad rayyan)]
gördüm cəmali lütfi
keçdim cəlali qəhri
mütləq kəmalə yetdim
gəldim vüsalə yetdim
gözdən könüldən itdim
yollar dolandım ötdüm
əql içrə hal itirdim
eşq içrə halə yetdim

[verse (xpert)]
bəla düşən başı dua edər abad ilahi
mala gələn cana gələr tez ol çıxar silahi
dələr bıçaq tökər qanı yazar əlim günahi
sabah apar ona pənah yenə silər siyahi
bizə tərəf üzən gəmi səma dənizlərindədi
dağa dönüb sənə gələn ayaq su dizlərimdədi
dedim edim dua gedim dilim və gözlərimdədi
edib xəta qiblə nüma günahi özlərindədi
həqiqət ağrı dağda qarda qurdun hislərindədi
dərin dimağ lәpirlərim yolun qəlizlərindədi
yalan ayaq tutar di gəl bükülmədi ki dizləri
ona gedən yolun xəritəsi əl izlərindədi
xilas olan vətən üçün ucal şəhid səlasi
eyy dəyib coşar əks sədasi
can, canı dadar nəbi şəfasi
məcid mələk ədasi
bəla düşən başı dua edər abad ilahi
mala gələn cana gələr tez ol çıxar silahi
dələr bıçaq tökər qanı yazar əlim günahi
sabah apar ona pənah yenə silər siyahi
bu bədən aşiqin əlindən zəhərli cam içən
təkəbbür tufanında lənətə gəlir fani can
hər gecə səninlə sərində çay içən kəslər dönüb olur qaniçən
[körpü (rashad rayyan)]
qalmasa gizlin sədəf qoynunda dəryanın gözü
iz sürərmi surətin seyrində mənanın gözü
şəhri zibadan susuz səhraya billur yol çəkib
görmək üçün haləti məcnunu leylanın gözü
cilveyi nuri cəmali həqqi seyran etməyi
yusifin hüsnündə məşq etmiş züleyxanın gözü

[verse (punhan azim)]
ilahi vəsf edən gözəl könüllər aşinasıdı
vüsali eşqə mübtəla ürəklərin duasıdı
cahanı nura qərq edən camalının ziyasıdı
həqiqətin görənlər ali görməyənlər asidi
ədalətin mizanıdı həqiqətin nümunəsi
dəyanətin dəfinəsi səadətin səfinəsi
fəqirə qarşı sinəsi səxavətin xəzinəsi
nədir mədinətun nəbi məhəbbətin mədinəsi
könül gözüylə seyr edən bütün həqiqətin görər
könül gözüylə görməyən həqiqətin çətin görər
küləkdə şiddətin görən yağışda rəhmətin görər
fənada siqlətin görən bəqada tələtin görər
çırağı gənc olanların, dayağı pir olanların
qüruru cəng edənlərin, vüqarı şir olanların
duası süfrəsindədi bütün fəqir olanların
şəhası hücrəsindədi bütün əsir olanların
sütunətində iştiyaq həmən bu qəddi sərvədi
məqamı tək səfa deyil səfalı ərşə mərvədi
ayağı altı müntəha məqami fərşə zirvədi
yuxunda kaş nəsib ola o gül camalı gör və de:
ilahi vəsf edən gözəl könüllər aşinasıdı
vüsali eşqə mübtəla ürəklərin duasıdı
cahanı nura qərq edən camalının ziyasıdı
həqiqətin görənlər ali görməyənlər asidi
[nəqarət (rashad rayyan)]
gördüm cəmali lütfi
keçdim cəlali qəhri
mütləq kəmalə yetdim
gəldim vüsalə yetdim
gözdən könüldən itdim
yollar dolandım ötdüm
əql içrə hal itirdim
eşq içrə halə yetdim

letras aleatórias

MAIS ACESSADOS

Loading...