letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de eşqin kitabı - xatirə islam

Loading...

[bənd 1]
sanki zəncir vurulub
bu saat qollarıma
səpilib qara tikan
elə bil yollarıma

fələyin çarxı dönüb
gözümün nuru sönüb
ürək halsız döyünür
yaşamaq eşqim ölüb
[keçid]
budur eşqin kitabı
olmayaydı belə kaş
həm onu bağlamışam
həm də ki qəlbimə daş

ağlıma gəlməz idi
əhdi yarım qıracaq
mənə bu vurduğu od
özünü yandıracaq

[nəqarət]
elə bil ömrü boyu dinməmişəm
bilməmişəm
sanki dünyaya mən heç baxmamışam
görməmişəm

bu həyatın yoludur
yaxşı-yamanlarla dolu
bunların fərqini mən görməmişəm
bilməmişəm

(xor)
bu həyatın yoludur
yaxşı-yamanlarla dolu
bunların fərqini mən bilməmişəm
bilməmişəm

[bənd 2]
bu şirin gözlədiyim
nağılın bax sonuna
məgər ilbisdirmi o?
girib insan donuna

inanıb xoş sözünə
ona verdim canımı
pozdu xaincəsinə
əhdimi-peşmanımı

[keçid]
budur eşqin kitabı
olmayaydı belə kaş
həm onu bağlamışam
həm də ki qəlbimə daş

ağlıma gəlməz idi
əhdi yarım qıracaq
mənə bu vurduğu od
özünü yandıracaq

[nəqarət]
elə bil ömrü boyu dinməmişəm
gülməmişəm
sanki dünyaya mən heç baxmamışam
görməmişəm
bu həyatın yoludur
yaxşı-yamanlarla dolu
bunların fərqini mən görməmişəm
bilməmişəm
(xor)
bu həyatın yoludur
yaxşı-yamanlarla dolu

bunların fərqini mən bilməmişəm
bilməmişəm

elə bil ömrü boyu dinməmişəm
gülməmişəm
sanki dünyaya mən heç baxmamışam
görməmişəm
bu həyatın yoludur
yaxşı-yamanlarla dolu
bunların fərqini mən görməmişəm
bilməmişəm

(xor)
bu həyatın yoludur
yaxşı-yamanlarla dolu

bunların fərqini mən bilməmişəm
bilməmişəm

letras aleatórias

MAIS ACESSADOS

Loading...