letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de can bakı - vüqar əbdülov

Loading...

[bənd 1]
gecələri par-par yanır gur işıqlar
təsəvvür etmək olmur, danışıqlar
cazibədar, füsunkar yaraşıqlar
hüsnünə cənnət deməyim, nə edim?

[nəqərat]
axı səni mən çox sevirəm, can bakı
axı səni mən çox sevirəm, can bakı

[bənd 2]
bakıda görülmüş işlərin hər biri
yüz illər nişanı “bibiheybət” pirin
əsaslı bərpa və gözəl təmirin
tarixə hörmət deməyim, nə edim?

[nəqərat]
doğma, müqəddəs, əziz ünvan bakı
axı səni mən çox sevirəm, can bakı

[bənd 3]
yollar boyunca hörülən hörgülər
hərəkət üçün yolötürücü körpülər
bu inşa hansı qiymətlə ölçülər?
bax buna ziynət deməyim, nə edim?
[nəqərat]
olur görənlər sənə heyran, bakı
axı səni mən çox sevirəm, can bakı

[bənd 4]
“içərişəhər” tarixi yaddaş kimi
“qız qalası” qızıl üzüyün qaşı kimi
altı qara qızıl, üzü göz yaşı kimi
xəzərinə sərvət deməyim, nə edim?

[nəqərat]
hər tərəfi park və xiyaban bakı
axı səni mən çox sevirəm, can bakı

[bənd 5]
səndə həyat var, canımızsan bizim
mənzilimiz, ünvanımızsan bizim
ad-sanımızsan, şanımızsan bizim
mən buna hörmət deməyim, nə deyim?

[nəqərat]
adın düşüb dillərə dastan, bakı
axı səni mən çox sevirəm, can bakı

[bənd 6]
bu millətə, bu xalqa, bu dövlətə
inkişafımızda olan sürətə
bəhrəsini verən bu böyük zəhmətə
müvəffəqiyyət deməyim, nə deyim?
[nəqərat]
canım-gözümsən, sənə qurban, bakı
axı səni mən çox sevirəm, can bakı

axı səni mən çox sevirəm, can bakı
sənə qurban, bakı
canım-gözümsən, sənə qurban, bakı
sənə qurban, bakı…

letras aleatórias

MAIS ACESSADOS

Loading...