letra de xəbərin yox - uran
[nəqərat]
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
[bənd 1]
bir planet, bir nəfəs, bir həyat
bir yaranış, bir qəfəs, bir səyyah
tək arzularla yaşayan cümlələr
tək insanlarla yollanar kölgələr
fərqli taleh, ayrı ömürlər
ömür var ömürboyu ömür gəmirər
ömür var – könüllər qırar zalım
ömür var – qismət məzar naməlum
cəza var cinayət cildində
fəza var düşüncələr dilində
qəza olar, əllər qana bulaşar
dövran pisləşər, ara qarışar
ocaqlar sönər dönər xeyir yoldan
tamah baş sındırar əyər yoldan
göz qapanar, beyin qonar qabına
izlər yetişər, yapışar dabana!
[nəqərat]
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
[bənd 2]
dünya göstərər balaca qutular
qutular dalında idarəçi oturar
diqtələr, mesaj, əmrlər ötürər
beyin çönər, gənclər silah götürər
kimə sərf edər tayın səhv geyər
nifrət etiraz sərgisin sərgilər
dərc edər qanunlar toplusu ki
toplumdan öz xeyrini toplasın
toplumsa cəm halda bir fərd
kənarda izləmək deyil dərd
qonşun içib gəlib qışqırır
tv-də sevimli verlişin başlayır
pəncərəndə pərdə, qapında qıfıl
qonşu ilə nə işin, yerinə qaxıl
səs ver imdad səsi boğulsun
və beləcə yeni nəsillər doğulsun!
[nəqərat]
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
bizi ancaq narahat edir
nə ki, evimizin önündə baş verir
uzaqda, qonşuda olanlardan xəbərin yox, xəbərin yox
letras aleatórias
- noir lotus › letra de noir lotus - meta 05 - noir lotus
- michael lee ross › letra de dangerous - michael lee ross
- azart records › letra de владею магией (i have magic) - azart records
- shitney beers › letra de long distance - shitney beers
- malam inte › letra de volevo solo lo sapessi - malam intè
- inconcessus lux lucis › letra de amour rides upon midnight - inconcessus lux lucis
- the five americans › letra de i'm feeling o.k. - the five americans
- lauren oxford › letra de days numbered - lauren oxford
- b dizzle › letra de crack selling anthem - b-dizzle
- casper tng › letra de fruit loops - casper tng