letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de valideynləri unutmayaq - uran

Loading...

[bənd 1]
onların sevgisi, onların əllərinin istisi
onların şirin səsi, onların isti nəfəsi
ananın laylay nəğməsi, atanın verdiyi məsləhət
çəkdiyi əziyyət, səhvləri görüb nəsihət verməsi

başa düşmürəm, bunları necə olar unutmaq?
necə olar rahat yatmaq biləndə anan xəstə?
hər kəsdə vicdan var, amma hamıda deyil eyni
necə olar unutmaq səni yaratmış valideyni?

axı bizim damarımızda axan onların qanı
axı biz yuxusuz qoymuşuq gecələr narahat ananı
axı ata kəsir boğazından ki, övladı olsun tox
övlad unutqanlığını necə bağışlamaq olar? yox!

mənim bütün nifrətim o övladlara qarşı
hansılarının pula, işə, ailələrinə elə qarışıb başı
vaxt tapmırlar doğma evlərinin qapısın döyməyə
ananın əlindən öpməyə və yaxud adi zəng etməyə

atanın üzünə olan ağ, fikirləşmir ki, bir gün eyni şeylə
öz övladı qəlbinə vuracaq dağ
hər uşaq bir ümid, valideyni üçün bir ulduz
onlar axı saçlarını ağardıblar bizim üçün onsuz
qalan ömürlərin niyə alaq əllərindən?
niyə fərəhli valideyn baxışın silək gözlərindən?
özlərindən sonra qoymurlar yadigar soyuq daşı
onlardan yadigardır hər bir övladın yaddaşı

[nəqarət]
valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

[bənd 2]
doğuluruq, ilk qidamız olur ana südü
ana sığalı, nəvazişi, ana laylay, öyüdü
ananın incə əlləri, biz hələ onun tanımırıq
tanısaq da hələ digər qadınlardan ayırmırıq

amma getdikcə onun səsi, onun isti qucağı
olur bizə doğma, yandırır sönməz ocağı
uşağı alırlar anadan, o ağlayır, bilir
təzə açılmış əllərin anaya doğru uzadır, ona gəlir
budur ata kobud əllərində körpə övladın tutub
oğlandır. sevinib, bütün problemləri unudub
gözləri dolur, amma ağlamır, ataya yaraşmaz
ata sevir daxilən, zahirən isə alışmaz

ata çalışar gecə-gündüz, duymasın övlad ehtiyac
paltara, geyimə, yeməyə, lap özü qalar ac!
təki balası sevinsin, gülsün, təki
atanın uşaqlıqda görmədiyi günləri onun uşağı görsün!

həyatda ən böyük səhvdir, valideyni unutmaq
ana kəlağayısını yandırmaq, ata əziyyətini atmaq
sonda ailə münasibətlərin qırmaq, qurutmaq
qocalmaq, valideyn olmayıb məzara çatmaq

mən diz çökürəm valideynlərimin önündə
öpürəm əllərindən, çünki mənim bu günüm də
dünənim də, sabahım da hər zaman onlara borclu
ulu tanrım, onların kölgəsində gedim, bitirim yolu

[nəqarət]
valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn
valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

[bənd 3]
valideynin itirən uşaq, uşağın itirən valideyn
bundan ağır cəza varmı, anladın mənə deyin?
bəs onda sağlıqlarında onlara verilən qiymət
hörmət olur bəzən ucuz, niyə anlamır cəmiyyət?!

inkişaf edirik, lakin valideyn-övlad münasibəti
hələ ki, məndə, ancaq oyadır heyrəti
mərifəti, məhəbbəti başqa rənglərlə rəngləməyək
qüruru saxlayaq, onlar atadır, anadır ölməyək!

yanlarına gedək, hallarını soruşaq, biz hələ böyüməmişik
biz ömür boyu valideynlərimiz üçün uşaq
övlad ləzzətin hiss etdirək ataya, anaya
onsuz da çətindir valideyn öz övladına nə vaxtsa doya

demirəm heç nə etməyin, demirəm yaxşı geyinməyin
demirəm ailənizi qurmayın, uşaqlarınızı böyütməyin
demirəm sevməyin, gülməyin, yaxud əylənməyin
sadəcə onları unutmayın, çünki unudulmaz valideyn!

[nəqarət]
valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

valideyn insanlığından asılı olmayaraq müqəddəsdir
valideyn atadır, anadır, valideyn o kəsdir
hansı düşünür balasın, düşünmür pul, ev, əyin
yaşayar, rəhmətə gedər, lakin unudulmaz valideyn

letras aleatórias

MAIS ACESSADOS

Loading...