letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sözlər əbədidir - uran

Loading...

[giriş: uran]
ey yo, bu sual həmişə bizi maraqlandırıb
həmişə ortalıqda dolanıb
insan beyninin fikirlər labirintindən küçədə, tində səslənən sətirlərə kimi…
təkrar-təkrar eşidilən cümlə – həyatın mənası nədədir?
olanda, ya olacaqdadır həqiqət?
sualda, ya cavabdadır həqiqət?
keçmişdə, ya gələcəkdədir həqiqət?
bəlkə elə həqiqətın olmamasındadır əsl həqiqət?
yaxud bizə onun mənasını anlamaq beləmi lazımdır insan kimi yaşamaq üçün?
bəlkə elə insan kimi yaşamaqdır onun mənası?
insan olmaqdır onun mənası
nə isə…
[nəqərat: trino]
ayaqlar altında air force’lar
fırlanıram ətrafımda dostlar
ürəyimdə deyiləsi söz var
bu, əbədi deyil

ayaqlar altında air force’lar
fırlanıram ətrafımda dostlar
ürəyimdə deyiləsi söz var
bu, əbədi deyil

[bənd 1: trino]
uşaq olarkən, yadına sal, nə qədər olub arzular
nə qədər ölüb içində xəyallar, amma həyat edir davam
qoy bir az natamam, bağışla ata, mama
oxşamadım atamana, həyat ucuz əynimdəki paltarlardan (f-ck!)
budur həyat? keçmiş məni buraxmır rahat (niyə?)
özüm də bilmirəm, amma boş vermək salamatı (huh!)
azan səsi gəlir şuşadan
uşaqlar basır şüşədən, səsləri gəlir küçədən və odur sizi puç edən! (aha)
belə işlər, bro, bəlkə nəsə deyişər, bro
mən inanmıram, sh-t, no hope
kalonkalardan hip-hop, give me this f-ckin’ zip lock
əllərimdə uzi, glock və mikrofonda min volt! it’s danger!
mənə lazım benjamin, dosta lazım ganja
life is so stranger, because i still see no changes
yer kürəsini fırladıram air forse’la
maraqsız insan maraqlı postla, insta’da qoymuram fındıq, qoz da
[nəqərat: trino]
ayaqlar altında air force’lar
fırlanıram ətrafımda dostlar
ürəyimdə deyiləsi söz var
bu, əbədi deyil

[nəqərat: uran]
ayağımda yoxdur air force’lar
amma gedirəm yolumu eyni forsla
üzünü illərlə görmədiyim dostlar
bilirlər, sözlər əbədidir onsuz da

[bənd 2: uran]
qulağa qulaqcıqları tax, başa keçir kapüşonu
qapını bağla, lifti çağır, çölə çıxıb yapış yola
bir qarış yolun arada hikməti min qarış olur
çətinlik çıxanda qarşına, o bir sınaq, yarış olur
yavaş oğlan, adamı çox parlaq sayrışanın
bayır işığı gur olmaq hələ demək deyil uğur nişanı
yaxşısıyla pisi müəyyən et, onları ayırmağa başlamamış
kiminsə başına and, kiminsə ölçürlər boyuna qamış
uşaq vaxtı böyümək istəyən böyüyüb qocalmaq istəmir
ucalmaq birinci listində, enmək bacarığı pislənir
insan daimi həbsdədir – imkan və istək qəfəsində
bilsən nə qədər şey etmək olar, ancaq asılı olsa həvəsindən?!
demirəm “təəssüflən”, deyirəm “hərəsinə çarə tap”
həyat pusqusuna, quyusuna, dərəsinə çarə tap!
davamında mücadilən, acilən, adilən atdığın
addımlarında olan xeyir-şər mübadilən bu!
[nəqərat: uran]
ayağımda yoxdur air force’lar
amma gedirəm yolumu eyni forsla
üzünü illərlə görmədiyim dostlar
bilirlər, sözlər əbədidir onsuz da

ayağımda yoxdur air force’lar
amma gedirəm yolumu eyni forsla
üzünü illərlə görmədiyim dostlar
bilirlər, sözlər əbədidir onsuz da

[çıxış: uran]
hə, sözlər əbədidir onsuz da
hə, sözlər əbədidir onsuz da
yenə sözlər əbədidir onsuz da
hə, sözlər əbədidir onsuz da
hətta biz gedəndən sonra
sözlər əbədidir onsuz da
hətta siz gedəndən sonra
sözlər əbədidir onsuz da
sözlər əbədidir, əbədidir, əbədidir onsuz
sözlər əbədidir, əbədidir, əbədidir onsuz
sözlər əbədidir, əbədidir, əbədidir onsuz
sözlər əbədidir, əbədidir, əbədidir onsuz da

letras aleatórias

MAIS ACESSADOS

Loading...