letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de oxu (vokaliz) - tünzalə

Loading...

oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə
nəğməndə oyansın sellərin səsi
dan yerindən əsən yellərin səsi

gülləri qoxlayan bir rüzgar kimi
qumları oxşayan dalğalar kimi
titrəyən, çağlayan nəğmən olaydım
ürəyindən qopan səs mən olaydım

oxu, qüvvət gəlsin şeirə, sənətə
könlümün quşunu gətir heyrətə
nə qədər bənzəyir, vardım fərqinə
ömrümün ahəngi sənin şərqinə
ürək kövrəkləşir sən oxuyanda
sən də dinləsəydin mən oxuyanda
oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə

oxu, qüvvət gəlsin şeirə, sənətə
könlümün quşunu gətir heyrətə
nə qədər bənzəyir, vardım fərqinə
ömrümün ahəngi sənin şərqinə
ürək kövrəkləşir sən oxuyanda
sən də dinləsəydin mən oxuyanda
oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə

letras aleatórias

MAIS ACESSADOS

Loading...