letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gecələr - tünzalə

Loading...

[bənd 1: tünzalə ağayeva]
sənsizəm, sənsizəm gözlərimdən yaş düşən gecələrdə, gecələrdə
yorularaq, yorularaq yastığa baş düşən gecələrdə
gələn yox, qapı bağlı, çaşır adamın ağlı, adamın ağlı
axşamları qayğılı, boş düşən gecələrdə

[nəqərat: tünzalə ağayeva]
göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə
göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə

[bənd 2: toni]
mən yuxusuzam növbəti payız gecəsi
qəlbim daş dəymiş pəncərə şüşəsi
odlu dodaqlar isitmir buzlu nəfəsi
çatdırır külək yarpaqlarla incə səsi

o səs danışır daş düşən gecələrdən
gözyaşıyla mənsiz qaldığı küçələrdən
ilk görüş yerimizdə donmuş kürsülərdən
bizi ayıran, keçilməz beton körpülərdən

saniyələrdən, dəqiqələrdən, saatlardan
sənsiz açılmayan, uçmayan qanadlardan
cavabsız qalan çoxsaylı suallardan
son sözünlə tikdiyin sərt divarlardan

istərdim gəlim, gələn yox, qapım bağlı
səni saxlamağa, inan, çatmadı ağlım
ürək dağılıb, köynəyimin altında şəklin
indi öpüşən küçələrdə ağrılı təklik
[bənd 3: tünzalə ağayeva]
qırmaram, qırmaram ümidimi
gözləyərəm mən səni, səni
sınıq vaqonlar kimi
sınıq vaqonlar kimi

(mən səni sevirəm hələ də, canım mənim)
ötüşən gecələrdə orada adın yazılıb
sahil qumu qızılı, ləpələr nazlı-nazlı
öpüşən gecələrdə

[bənd 4: toni]
qara hərflərlə sevgi sözünü yazdıq
uçurub göy üzünə, baxıb həyatda azdıq
qısqanclıq hislərini şeytana satdıq
indi təkəm, otaq gözyaşında yastıq

bəlkə, deyəsən, unudum səni necə?
sevgi durna deyil, payızda köçə
susma, danış, son söz denən sadəcə
bizi ayırır gözü yumulu gecə

[nəqərat: tünzalə ağayeva & toni]
göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə
göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə

göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə

göy üzü dama-dama
ulduzlar damla-damla
dözmək olmur başıma
daş düşən gecələrdə

letras aleatórias

MAIS ACESSADOS

Loading...