letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de lənət - tuncer ali

Loading...

vurdum dəlilərimi! indi bakım təmizləsin qan sellərini
sənə sevgini öyrədən adəm belə “al sevgini amma sevmə” deyib
göstər yaralarımı! çıxart içindən keçmişimin hər səhifəsini
azadlığa ac qalmış şəhərin binalarından dərd əsməlidi!
geriyə qayıtma! nifrət qədər səmimi əlimdə solan tikanlar
gözləri qaralar bağlar, eşq ilə ağlar, bir anda aldı səmalar
əllər divarla qarşılaşdı yenə, pərdələr yetim qaldı zülm ilə
səni tanrı aldı məni isə iblis, yalanların musanı öldürər!
ayətim endi! əuzu billahi minəş şeytanir racim
mərhəmətə möhtac əllərim açılır, ya rəhman gəl ya rəhim!
qanlar dayanmır ağlım davamlı yazmadıqca kirlərim artırdı
bu qədər yaşamaq kifayətdi mənə bundan sonrakilər artıqdı!
bəsdi! lənəti miras qoydu gedənlər ardına
isadan qollarımda izlər, qüdsə qədər yaralarımı saydılar
əl çək günahlarımdan, bir gecə daha qal yanımda imzan olsun
təmizlənmək istəmişdim inan, ən təmiz mələkləri insan vurdu!

inanclarımdan xilas edilmişdi inkarın ən təmiz xəyalı
alma bağındakı ilanlarla yoldaşlıq səmanı əlimdən aldı
gəldi qonaq yaralarımdan öpdü, bir gecəlik dərd evində qaldı
zamana hakim bilindi ruhum tanrı qatındakı yerim daraldı

dəvət deyildi, sürgün idi mənə layiq gördüyün cənnət diyarı
dillərə dastan oldu bir gecə, nifrətimin dəlixanadan firarı
ölümümü anlamayanlar ağlamasın çiynimdəki mələyi görmədən
şeytanı yuxuya verib getmişdim, geri gəldim yenə sənlə ölməyə!
şair dirildi ruhunu mənə bəxş etdi, asdı gülləri günlərdən
sevgini sürgünə vurğun görən gün utandı xəyalı zülmətdən
yalvarırdı yaralar, dərmanını axtardı könül sultanından
cinnətə belə taqətimiz qalmadı, gözlərimə baxma qurbanımsan!
ya rəb! qalmadı çarəm, dərdə ithafən kirli dualar xitabə
aciz iradəm, sözlər ibadət, qollarda yarım qanlı cinayət
bağışlama, sadəcə qal yanımda, getmərəm deyənlər aldadırlar
günah diyarında ölüm gəlməsə ədalət gedəndə yar tapılmaz!
artıq əmanət deyilsən və görüşərik cinayətimin sonunda
ağlıma gəlmədi səndən qorunmaq bir intiharlıq yolum var
əli çiynimdə, gözündə yaşlar qışqırırdı “qaç yorulma”
son cümləni yaz bağla dəftərimi cəsarət axsın qolumdan!

inanclarımdan xilas edilmişdi inkarın ən təmiz xəyalı
alma bağındakı ilanlarla yoldaşlıq səmanı əlimdən aldı
gəldi qonaq yaralarımdan öpdü, bir gecəliy dərd evində qaldı
cənnətə hakim bilindi ruhum tanrı qatındakı yerim daraldı

letras aleatórias

MAIS ACESSADOS

Loading...