letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de hicrət - tuncer ali

Loading...

dörd tərəf məzar, gözümdə xatirən yaşar
tanrı qəm yazar, hər bəndi damğalar basar
leyli gülümsər məcnun eşqi qəlbə asar
sirat körpüsü, ətrafımız günahdan hasar
füzuli sevdası ürəklər xəyanət bəlası
yetim körpələrdi dövrümün qanlı kərbəlası
barmaq uclarımda vərəm gözlərimdə mürəkkəb
dəlixanamda xəstə ruhlu şeirlərim düzəlməz
eşqi torpağa birləşdirib intihar yaratdı
qapı açıqdı ruhun gəlsin biləyimi qanatsın
dərdə yar edib dağıldı bu son qanlı nağıldı
ağ divarlarım qaraldı şeirim ölümü çağırdı
getdiyin hər diyar biraz kirlədirdi ürəyini
cənnətdən qayıt gəl gətir bakının küləyini
bir gecə daha qələmə yadigardı sənin təkliyin
körpə qızım rəsmə baxıb “məzarımı da çək” deyir

xəyallarıma girmə tanrıdan sonuncu istək
dualarıma cavab vermə məzarından izlə
son dəfə son kabusumda görüşmüşdü bizlə
orda zaman dondu dedi ki “ləkələrivi təmizlə”
şəhər qar altında buludlarla yaramı gizlə
ayaqlar altında saçların tükəndi hisslər..
odlar yurdunda gözlərim qaraldı hislə
ruhu təslim etdi xəzərə ən gözəl dənizlər
qürbətə məktub yazıram deyir ki “acizsən”
xəstəliyimə çarə deyil dualar hədislər
ay doğanda fatihəmdə ağladı iblislə
cənnətin yolunda dizlərimdə qanlı izlər…

məndə cahan sığdı mənsə səhifələrimə sığmadım
son xatirəm olsun dəli şairin asılmağı
edam mənzərəsi inanclar töküldü boğazdan
dekabr gəlməsin, sən də ölmə gülüm! biraz qal..
əlim qana boyandı o gecə tanrılar ağlayırdı
təmizliyimi sonda kirli gözlərə saxlayırdım
okeanlar gözyaşını qurutdu öldü mələklər
tanrım məni inkar etdikcə doldu qədəhlər
bir də yadımdan çıxır səsin, dağılır divarlar
nuhu gözləmədən gəldi sel dağıtdı bir anda
gəmilərimdə adəm oğlu həqqi görüb inanmaz
həzrəti isaya çarmıxam dumanlı bir axşam
ehtiyacım olduğu an bağlı olan telefonlara
bağlı həyat keçirdim və cənazəsinə gecikdim
qaranlığımı çirkaba qatdım, qanlıdı hər addım
məni xəlq edərək verdiyi son sözləri satdı

xəyallarıma girmə tanrıdan sonuncu istək
dualarıma cavab vermə məzarından izlə
son dəfə son kabusumda görüşmüşdü bizlə
orda zaman dondu dedi ki “ləkələrivi təmizlə”
şəhər qar altında buludlarla yaramı gizlə
ayaqlar altında saçların tükəndi hisslər..
odlar yurdunda gözlərim qaraldı hislə
ruhu təslim etdi xəzərə ən gözəl dənizlər
qürbətə məktub yazıram deyir ki “acizsən”
xəstəliyimə çarə deyil dualar hədislər
ay doğanda fatihəmdə ağladı iblislə
cənnətin yolunda dizlərimdə qanlı izlər…

letras aleatórias

MAIS ACESSADOS

Loading...