letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de günəş doğur onunla - the muraz [az]

Loading...

[nəqərat]
günəş doğur buralara onunla
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love
qəlbim döyünür sənin adınla

günəş doğur buralara onunla
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love

[bənd 1]
bir qızı gördüm, elə dondum qaldım yerimdə
cənnətin qoxusunu gəzdirirdi ətrində
çətin ki, kimsə bunu yaşaya mənim kimi
mən onun üçün yaradaram cənnəti yer üzündə

söz bəs etməz bunu deyim
kəsilir nəfəs də
fərqli tərz və fərqli geyim
fərqlidir hər kəsdən

qəlbim ona saldı meyil
gedin tez ona deyin
azadlığa düşkün ruhum
onsuz indi qəfəsdə
gecələri gündüzlərə qatıb yenə yazıram
içimdəki sənsizliyin içindəyəm, azıram
əgər birdən ulduzlara çatmaq istəsən
mənə xəbər elə bilim, bil ki, mən dünəndən hazıram

ey, ey razısansa denən bilək
bir yerdə yaşaya bilmiriksə bir yerdə ölək
amma çətin ki, o mənim yazdıqlarımı oxusun
onda bu nəğməni ona özün çatdır, dəli külək
(denən ki, …)

[nəqərat]
günəş doğur buralara onunla
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love
qəlbim döyünür sənin adınla

günəş doğur buralara onunla
təkrarolunmazdır likе vanilla
my baby
give me your, give mе your
give me your la la love

[bənd 2]
onun gözləri dənizdir
ruhu göylərdən təmizdir
buraxa bilmirəm axı
dəmiri döyərlər isti-isti
sevgi yaman qəlizdir
təkrarolunmaz bir hissdir
ürəyə girdisə, məntiqə deyir
“hasta la vista”

hmana ri lalalalala
mən nəfəs ala bilmirəm, bunu anla
demərəm heç vaxt düzələcək zamanla
çün, yaralara məlhəm deyil yalanlar

əksinə vurub yıxır adamı yerə
ilahi, yenə zəlzələ
divarlar üstümə gəlir
tez 112-yə zəng elə

bir başqa dünyadır
onun ruhu məskənim mənim
sanki vulkanik ada
mən orda təkcə sakinəm

və heç kəs sevə bilməz onu
mənim sevdiyim kimi
o mənə baxır görmür
mənim onu gördüyüm kimi

elə bir gülüşü var ki
bütün ruhuma yayılır
elə bil isti səhradakı
sərin bulaqlar kimi
[nəqərat]
günəş doğur buralara onunla
(onunla…)
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love
qəlbim döyünür sənin adınla

günəş doğur buralara onunla
(onunla…)
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love

(qəlbim döyünür sənin adınla)

günəş doğur buralara onunla
(onunla…)
təkrarolunmazdır like vanilla
(vanilla…)
my baby
give me your, give me your
give me your la la love
qəlbim döyünür sənin adınla

günəş doğur buralara onunla
təkrarolunmazdır like vanilla
my baby
give me your, give me your
give me your la la love

letras aleatórias

MAIS ACESSADOS

Loading...