letra de yolun düşsə bu dünyaya, bir də gəl - tacir şahmalıoğlu
[giriş]
göy üzündən yerlər uzaq görünər
yerdəkilər göyə doğru sürünər
hər gün ruhum parça-parça bölünər
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 1]
ağrılarım, acılarım dinməyir
sən gedəndən bir gün üzüm gülməyir
bu dünyanı görən gözüm görməyir
yolun düşsə bu dünyaya, bir də gəl
bilirəm ki, getdiyin yol uzaqdır
hər bayramım bir tələdir, tuzaqdır
hər bayramım bir tələdir, tuzaqdır
sən gedəndən ev-eşik də sazaqdır
sən gedəndən ev-eşik də sazaqdır
yolun düşsə bu dünyaya, bir də gəl
ey, yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 2]
gündüzlərim döndü gecə oldu, gəl
cavanlığım yavaş-yavaş soldu, gəl
səndən sonra dünya bomboş qaldı, gəl
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 3]
duman çöküb, yollarımı görmürəm
nə müddətdir, danışmıram, gülmürəm
getdiyin yer hər necədir, bilmirəm
yolun düşsə bu dünyaya, bir də gəl
səndən sonra dünya necə dar oldu
dərdlərimə göz yaşlarım yar oldu
dərdlərimə göz yaşlarım yar oldu
bilsən, ömrüm necə ahu-zar oldu
bilsən, ömrüm necə ahu-zar oldu
yolun düşsə bu dünyaya, bir də gəl
ey, yolun düşsə bu dünyaya, bir də gəl
[bənd 4]
gəl, yolunu uca dağlar gözləyir
gül-çiçəkli barlı-bağlar gözləyir
vəsilənin gözü yollar gözləyir
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
gəl, yolunu uca dağlar gözləyir
gül-çiçəkli barlı-bağlar gözləyir
vəsilənin gözü yollar gözləyir
yolun düşsə bu dünyaya, bir də gəl
yolun düşsə bu dünyaya, bir də gəl
letras aleatórias
- lil soda boi › letra de butterfly lemonade - lil soda boi
- 蝶々p papiyon › letra de ピアス (pierce) - 蝶々p (papiyon)
- dashboard confessional › letra de southbound and sinking - dashboard confessional
- souly had › letra de superficial - souly had
- garden of worm › letra de hollow - garden of worm
- sex pula pistol › letra de necrofirea - sex pula pistol
- tiago le dur › letra de ien-cli - tiago le dur
- lil supa › letra de *nieve - lil supa
- elsa garcia › letra de todavía - elsa garcía
- bad omens › letra de take me first - bad omens