letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gözəl şuşa - süleyman ələsgərov

Loading...

[bənd 1]
səni hər görəndə tanımaq olmur, a şuşam
ildə bir qərinə cavanlaşırsan
səni hər görəndə tanımaq olmur, a şuşam
ildə bir qərinə cavanlaşırsan

sən cavan hüsnünlə qoca dağlara, ay aman
mehriban şəhərim, çox yaraşırsan
sən cavan hüsnünlə qoca dağlara, ay aman
mehriban şəhərim, çox yaraşırsan

[nəqərat]
hər yay sənin yaylağına
uçub gələn azad quşam
nə gözəlsən, mənim şuşam
cəlalına vurulmuşam

[bənd 2]
qoy yenə seyr edim cıdır düzündən, ay aman
füsunkar gözəli hər səhər-axşam
qoy yenə seyr edim cıdır düzündən, ay aman
füsunkar gözəli hər səhər-axşam

sevgilim küssə də mənim sözümdən, ay aman
mən deyə bilmərəm səndən doymuşam
sevgilim küssə də mənim sözümdən, ay aman
mən deyə bilmərəm səndən doymuşam
[nəqərat]
hər yay sənin yaylağına
uçub gələn azad quşam
nə gözəlsən, mənim şuşam
cəlalına vurulmuşam

[bənd 3]
harada dağ görürəm, gözüm önündə, ay aman
şuşanın dağları gəlib dayanır
harada dağ görürəm, gözüm önündə, ay aman
şuşanın dağları gəlib dayanır

hər söhbət düşəndə cah-calalından, ay aman
qəlbimdə min yeni arzu oyanır
hər söhbət düşəndə cah-calalından, ay aman
qəlbimdə min yeni arzu oyanır

[nəqərat]
hər yay sənin yaylağına
uçub gələn azad quşam
nə gözəlsən, mənim şuşam
cəlalına vurulmuşam

letras aleatórias

MAIS ACESSADOS

Loading...