letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de vağzalı çalınır - şövkət ələkbərova

Loading...

[bənd 1]
duvağa bürünüb yola düşürsən
qonşular telinə çiçək bağlayır
duvağa bürünüb yola düşürsən
qonşular telinə çiçək bağlayır

ay qızım, sən haldan-hala düşürsən
vağzalı çalınır, anam ağlayır
ay qızım, sən haldan-hala düşürsən
vağzalı çalınır, anam ağlayır
[nəqərat]
bir evdən bir evə səadət gedir
biri yola salır, biri səsləyir
bir evdən bir evə səadət gəlir
biri yola salır, biri səsləyir

bir ana qızını burada ləngidir
bir ana həsrətlə gəlin gözləyir
bir ana qızını burada ləngidir
bir ana həsrətlə gəlin gözləyir

[bənd 2]
ortada fərəhlə süzür gəlinlər
qızlar oğrun-oğrun yar soraqlayır
ortada fərəhlə süzür gəlinlər
qızlar oğrun-oğrun yar soraqlayır

gülür, qəh-qəh çəkir toya gələnlər
vağzalı çalınır, anam ağlayır
gülür, qəh-qəh çəkir toya gələnlər
vağzalı çalınır, anam ağlayır

[nəqərat]
gedirsən ən şirin arzu-kam kimi
vağzalı çalınsın, get yavaş-yavaş
gedirsən ən şirin arzu-kam kimi
vağzalı çalınsın, get yavaş-yavaş
dünyada hər ana öz anam kimi
bircə toy günündə ağlayaydı kaş!
dünyada hər ana öz anam kimi
bircə toy günündə ağlayaydı kaş!

dünyada hər ana öz anam kimi
bircə toy günündə ağlayaydı kaş…
dünyada hər ana öz anam kimi
bircə toy günündə ağlayaydı kaş!

letras aleatórias

MAIS ACESSADOS

Loading...