letra de sevgi yar olsun - şövkət ələkbərova
[bənd 1]
səhər-səhər pəncərəni açanda
göy dənizdən seyrək duman qaçanda
qızıl günəş yerə şəfəq saçanda
qızıl günəş yerə şəfəq saçanda
çıxdın sən eyvana tək, ay qız, ay qız
boylandın hər yana tək, ay qız, ay qız
çıxdın sən eyvana tək, ay qız, ay qız
boylandın hər yana tək, ay qız, ay qız
[bənd 2]
onda örpəyimi birdən yel atdı
şirin mahnıların qəlbimə yatdı
baxışın qəlbimdə sevda oyatdı
baxışın qəlbimdə sevda oyatdı
vuruldum mən sənə, ay oğlan, oğlan
qəlbini ver mənə, ay oğlan, oğlan
vuruldum mən sənə, ay oğlan, oğlan
qəlbini ver mənə, ay oğlan, oğlan
[bənd 3]
özündən yox sənin, ay qız, xəbərin
sinəmdə gül açdı ala gözlərin
sənsən məhəbbəti aydın səhərin
sənsən məhəbbəti aydın səhərin
al, qəlbim sənindir, al, ay qız, ay qız
al, onu sevindir, al, ay qız, ay qız
al, qəlbim sənindir, al, ay qız, ay qız
al, onu sevindir, gəl, ay qız, ay qız
[bənd 4]
əzizim, eşqimiz, sevgimiz təmiz
birlikdə döyünür, vurur qəlbimiz
nə qədər xoşbəxtik bu dünyada biz
nə qədər xoşbəxtik bu dünyada biz
sevən ürəklərə sevgi yar olsun
bizi birləşdirən həyat var olsun
sevən ürəklərə sevgi yar olsun
bizi birləşdirən həyat var olsun
letras aleatórias
- alvaro rubio › letra de fallen - alvarø rubiø
- distorted › letra de outie - distorted
- jean michel caradec › letra de à mardi, on s'est pas vu - jean-michel caradec
- nicole croisille › letra de téléphone-moi - nicole croisille
- keedra johnson › letra de nobody - keedra johnson
- luna moth › letra de hurricane - luna moth
- the johnny z band › letra de right between the eyes - the johnny z. band
- clipse › letra de when was the last time - clipse
- michael constantino › letra de old town throne - michael constantino
- charice feat iyaz › letra de pyramid - charice feat. iyaz