letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sarıköynək - şövkət ələkbərova

Loading...

[bənd 1]
cilvələnib nə qarşımda durubsan?
anam sənə qurban, ay sarıköynək!
cilvələnib nə qarşımda durubsan?
anam sənə qurban, ay sarıköynək!

mələksən, çıxıbsan cənnət bağından
heç kəs olmaz sənə tay, ay sarıköynək!
mələksən, çıxıbsan cənnət bağından
heç kəs olmaz sənə tay, ay sarıköynək!
sarıköynək, sarıköynək, sarıköynək
heç kəs olmaz sənə tay, ay sarıköynək!
sarıköynək, sarıköynək, sarıköynək
heç kəs olmaz sənə tay, ay sarıköynək!

[bənd 2]
doymaq olmur işvəsindən, nazından
fərə kəklik kimi xoş avazından
doymaq olmur işvəsindən, nazından
fərə kəklik kimi xoş avazından

yel vurub ürbəndi atdı üzündən
elə bildim doğub ay, ay sarıköynək!
yel vurub ürbəndi atdı üzündən
elə bildim doğub ay, ay sarıköynək!

sarıköynək, sarıköynək, sarıköynək
elə bildim doğub ay, ay sarıköynək!
sarıköynək, sarıköynək, sarıköynək
elə bildim doğub ay, ay sarıköynək!

[bənd 3]
tuti dilli, sərvi boylu salatın!
budur mərhəməti bu səltənətin
tuti dilli, sərvi boylu salatın!
budur mərhəməti bu səltənətin
göndər gəlsin ələsgərin xələtin
eyləmə əməyi zay, ay sarıköynək!
göndər gəlsin ələsgərin xələtin
eyləmə əməyi zay, ay sarıköynək!

sarıköynək, sarıköynək, sarıköynək
eyləmə əməyi zay, ay sarıköynək!
sarıköynək, sarıköynək, sarıköynək
eyləmə əməyi zay, ay sarıköynək!

ay sarıköynək, ay sarıköynək…

letras aleatórias

MAIS ACESSADOS

Loading...