letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qonşuda qız sevənin - şövkət ələkbərova

Loading...

[bənd 1]
bir küçədə hər səhər
qarşılaşır qız, oğlan
bir küçədə hər səhər
qarşılaşır qız, oğlan

qonşular da bu zaman
pıçıldaşır astadan
qonşular da bu zaman
pıçıldaşır astadan

[nəqərat]
ah… heç sinədə bu qədər
ah… düyün olmaz, dağ olmaz
qonşuda qız sevənin
ürəyində yağ olmaz
qonşuda qız sevənin
ürəyində yağ olmaz

[bənd 2]
bağça-bağa çıxar qız
tellərinə gül düzər
bağça-bağa çıxar qız
tellərinə gül düzər

qonşusundan gen gəzər
ürək yaxar, can üzər
qonşusundan gen gəzər
ürək yaxar, can üzər
[nəqərat]
ah… baxar oğlan qərarsız
ah… heç damağı cağ olmaz
qonşuda qız sevənin
ürəyində yağ olmaz
qonşuda qız sevənin
ürəyində yağ olmaz

[bənd 3]
o çiçəklər, o güllər
tez-tez dəyər gözünə
o çiçəklər, o güllər
tez-tez dəyər gözünə

baxar qızın üzünə
deyər özü-özünə
baxar qızın üzünə
deyər özü-özünə

[nəqərat]
ah… heç sinədə bu qədər
ah… düyün olmaz, dağ olmaz
bu qədər yaxın olan
bu qədər uzaq olmaz
qonşuda qız sevənin
ürəyində yağ olmaz
ah, yağ olmaz

letras aleatórias

MAIS ACESSADOS

Loading...