letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de laylay - şövkət ələkbərova

Loading...

[bənd 1]
şirin-şirin yat, ay bala
boya-başa çat, ay bala
sən də bir gün öz səsini
el səsinə qat, ay bala

[nəqərat]
sənə deyir lay-lay
hər ötən quş, hər axan çay
bu gözəl, şən anamız vətən
lay-lay, lay-lay, lay-lay

[bənd 2]
hər şöhrətim, şanım sənsən
candan ayrı canım sənsən
nə təmizdir gül nəfəsin
sən ətirli bir çəmənsən

[nəqərat]
sənə deyir lay-lay
hər ötən quş, hər axan çay
bu gözəl, şən anamız vətən
lay-lay, lay-lay, lay-lay

[bənd 3]
yat, ay quzum, şirin-şirin
həyat sənin, dövran sənin
qayğısıyla boy atırsan
qucağında bu vətənin
[nəqərat]
sənə deyir lay-lay
hər ötən quş, hər axan çay
bu gözəl, şən anamız vətən

sənə deyir lay-lay
hər ötən quş, hər axan çay
bu gözəl, şən anamız vətən
lay-lay, lay-lay…

letras aleatórias

MAIS ACESSADOS

Loading...