letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gəl bizə, yar - şövkət ələkbərova

Loading...

[giriş]
bir az da səbr eylə, ey yarı-mehriban, gəlirəm, aman
biraz da səbr eylə, ey yarı-mehriban, gəlirəm
sənin yolunda fədadır bu cismi-can, gəlirəm
vəfalı bülbülünəm həsrəti-camalın ilə, aman
vəfalı bülbülünəm həsrəti-camalın ilə
çəmən çiçəkləritək bağrım oldu qan, gəlirəm

mənə təsəllli verən, mənə…
mənə təsəlli verən bir sənin xəyalındır
özgə bir dilbərə halım deyil bəyan, gəlirəm
behişt ola qürbət, behişt ola qürbət yenə cəhənnəmdir
vətən məhəbbəti vermir mənə aman, gəlirəm
mənim bu halımı, vahid, mənim…
mənim bu halımı, vahid, nigarə tez yetirin
unutmasın məni ol yari-həmzəban, gəlirəm, gəlirəm…
[bənd 1]
ay dağlar, səndə gözüm var
ay, dərdə məndə dözüm var
ay dağlar, səndə gözüm var
ay, dərdə məndə dözüm var

xəbər verin, yar gəlsin
ay, ürəyimdə sözüm var
xəbər verin, yar gəlsin
ay, ürəyimdə sözüm var

[nəqərat]
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə, yar
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə, yar

[bənd 2]
ay, mən aşiqəm, gəncə var
ay, şəki, şirvan, gəncə var
ay, mən aşiqəm, gəncə var
ay, şəki, şirvan, gəncə var

sevən qəlbimdə sənsən
ay, məhəbbət ölüncə var
sevən qəlbimdə sənsən
ay, məhəbbət ölüncə var
[nəqərat]
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə, yar
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə, yar

[bənd 3]
ay, mən aşiq başa vursun
ay, kirpiyin qaşa vursun
ay, mən aşiq başa vursun
ay, kirpiyin qaşa vursun

şərt könül vermək deyil
ay, mərd odur, başa vursun
şərt könül vermək deyil
ay, mərd odur, başa vursun

[nəqərat]
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə yar
gəl bizə, gəl bizə, gəl bizə, yar
qurbanam o qaş-gözə, ay yar…

letras aleatórias

MAIS ACESSADOS

Loading...