letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de aşiqəm - şövkət ələkbərova

Loading...

[bənd 1]
günəşli ölkəmin aşiqiyəm mən
nə devlətə, nə də vara aşiqəm
öldürsələr, yalan gəlməz dilimə
doğru sözə, düz ilqara aşiqəm
hey aşiqəm, yar, aşiqəm, hey…
doğru sözə, düz ilqara aşiqəm…

[bənd 2]
mən elimdən, obamdan ilham aldım
yurdumun adını dastana saldım
sənətimlə şöhrət tapdım, ucaldım
xalqımdakı etibara aşiqəm
hey aşiqəm, yar, aşiqəm, hey…
xalqımdakı etibara aşiqəm…
[bənd 3]
yeni həyat, yeni büsat qurmuşam
bir əsgərtək keşiyində durmuşam
zəfər nəğməsilə ötən bir quşam
yurdumdakı ilk bahara aşiqəm
hey aşiqəm, yar, aşiqəm, hey…
yurdumdakı ilk bahara aşiqəm…

[bənd 4]
artdıqca yurdumun şəni, rövnəqi
coşur ilhamımın qaynar bulağı
nəğməm gəzir hər obanı, oylağı
sənətkaram, sənətkara aşiqəm
hey aşiqəm, yar, aşiqəm, hey…
sənətkaram, sənətkara aşiqəm…

letras aleatórias

MAIS ACESSADOS

Loading...