letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mən belə dünyanın nəyini sevim - shahriyar musayev, anar atakishi

Loading...

[bənd 1]
beşikdən məzara insan yoldadır
əfsus ki, dünyada qüdrət puldadır
nadan kef içində, mərdi dardadır
mən belə dünyanın nəyini sevim?

[bənd 2]
yaxşılar dünyada xoş gün görmədi
insan insanlığın qədrin bilmədi
allah deyən dillər haqqı demədi
mən belə dünyanın nəyini sevim?

[bənd 3]
nədən bu dünyada insanlıq kəmdir?
sevinci az sürən, çox olan qəmdir?
insan dərd əlində əriyən şəmdir?
mən belə dünyanın nəyini sevim?

[bənd 4]
verdiyin alandır bizdən borc kimi
saxlamaz taxtında dünya heç kimi
danışmaz insanla, susar daş kimi
mən belə dünyanın nəyini sevim?

[bənd 5]
biz kimik? dünya ilə yarışa girək
barışmaz itkiylə, həsrətlə ürək
gəlmişik dünyaya yaşayıb, ölək
mən belə dünyanın nəyini sevim?

letras aleatórias

MAIS ACESSADOS

Loading...