letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ən - sevda ələkbərzadə

Loading...

[bənd 1]
ah, ürəyim daş oldu
şər mənə qardaş oldu
sən ki, gəlmədin
kədər, qəm mənə yoldaş oldu

gözlərim gözyaşı oldu
ürəkdə savaş oldu
istədim bir unudam
min cürə yaddaş oldum
[nəqərat]
gəl, qayıt, qurban olum
açılsın əlim qolum
yenidən bu dünyada
ən xoşbəxt qadın olum

[bənd 2]
keşməkeşli yol idi
döngələrlə bol idi
birində döndüm sağa
sən demə, sol idi

yaxşı axtaran tapar
öz muradına çatar
sevda çətin olsa da
birdi koroğlu, nigar

[nəqərat]
qayıtdın, qurban olum
açıldı əlim qolum
yenidən bu dünyada
ən xoşbəxt qadın oldum

qayıtdın, qurban olum
açıldı əlim qolum
ən xoşbəxt qadın oldum

letras aleatórias

MAIS ACESSADOS

Loading...