letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de durnam - səxavət məmmədov

Loading...

müjdə, ey dil, yenə də gəldi bahar əyyamı
gətirib badi səba bülbül üçün peyğami

açılıb qonçəvi gül, ətri tutubdur çəməni
vəcdə gəlmiş bu könül yoxdur dəxi yananı

bir tərəf piri cavandır, bir tərəf də məni zar
nə gözəl bəzmeyi bu saqi dolandı canı

qarışıbdır tarın ahənqinə ləhni-neyi nay
nəşeyi musiqidən məsti düşübdür hamı

xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu
dedilər bir nəzər et, gördüm ömər xəyyamı

bir əlində meyi-gül rəng, bir əlində gülü-tər
matı məbud edər görsə ömər xəyyamı

qamətin, xalı xəttin zikrlərin etdikcə
günü-gündən hacının yaxşılaşır əhvalı

dilbər könlüm aramı
yoxdur könlüm aramı
sən ki təbib deyildin
neçin açdın yaramı, durnam?
[nəqərat]
sən haralısan, durnam?
mən buralarda durmam
gedəlisən, əsmər yarım
gəl sinəm üstə dolan
gəl ey nazlı durnam

qarpız kəsdim yeyən yox
halın necə, deyən yox
yarım mənlə barışıb
gözün aydın deyən yox

qarpız kəsdim bal kimi
dilimlədim nar kimi
gördüm yarın əllərini
gecə yağmış qar kimi, durnam

letras aleatórias

MAIS ACESSADOS

Loading...