letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qəlbin payızı - şəmistan əlizamanlı

Loading...

gecədir, ilahi, bir yay gecəsi
yayın axır ayı, axır həftəsi

sonra duyulacaq payız nəfəsi
belə ötüşəcək fəsilin sonu (x2)

[nəqarət]
amma ötüşmür qəlbin payızı
onun nə yayı var, nə də ki yazı
geciksin, gəlməsin qəlbin payızı
geciksin illərin dolaylarında

gecədir, ilahi, bir yay gecəsi
yanımda saatın titrək nəğməsi

yumuram gözümü, üşüdür məni
üşüdür qəlbimin payız nəfəsi(x2)

[nəqarət]
bir azdan, bir azdan söküləcək dan
sönəcək ulduzlar, güləcək cahan
mən sənə baxacağam yenə uzaqdan
baxacağam üşüyən xəyallarımdan

gecədir, ilahi, bir yay gecəsi
tutulub ayın da məsum çöhrəsi
gözümdə tək səni arayan yollar
qəlbimdə tək səni görmək həvəsi(x2)

[nəqarət]
nə vaxtsa, nə vaxtsa bu qərib nəğməm
bürünüb payızın küləklərinə
döyəcək qəlbinin qapılarını
boylanıb illərin haraylarından

letras aleatórias

MAIS ACESSADOS

Loading...