letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ikilikdə - roof is mine

Loading...

[bənd 1]
gəl bölək dünyanı ikilikdə biz
dərə mənə düşsün, dağı sən götür
qalsın yer üzündə qoşa izimiz
qara mənə düşsün, ağı sən götür

[keçid]
ilin övladıyıq yazla qış kimi
fəsillər yaşasın yanaşı məndə
biz ki bir yerdəyik, gözlə qaş kimi
gözlər səndə qalsın, göz yaşı məndə…

[nəqərat]
gündüzü, gecəni əziz saxlayaq
günəş sənə düşsün, ay mənə qalsın
coşqun sellər ilə coşub çağlayaq
dəniz sənin olsun, çay mənə qalsın

[bənd 2]
bizik bu dünyaya səninlə şərik
bizsiz nə qış gülər, nə də ki bahar
həyatda hər şeyi bölə bilərik
amma bölünməyən bir sevgimiz var

[keçid]
ilin övladıyıq yazla qış kimi
fəsillər yaşasın yanaşı məndə
biz ki bir yerdəyik, gözlə qaş kimi
gözlər səndə qalsın, göz yaşı məndə…
[nəqərat]
gündüzü, gecəni əziz saxlayaq
günəş sənə düşsün, ay mənə qalsın
coşqun sellər ilə coşub çağlayaq
dəniz sənin olsun, çay mənə qalsın

gündüzü, gecəni əziz saxlayaq
günəş sənə düşsün, ay mənə qalsın
coşaq sellər ilə, coşub çağlayaq
dəniz sənin olsun, çay mənə qalsın

letras aleatórias

MAIS ACESSADOS

Loading...