letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sənin gülüşlərin - rahidə baxışova

Loading...

[bənd 1]
qarşımda nazlanıb yenə gülürsən
bilsən, gülüşlərin nəyə bənzəyir
mən desəm, artıqdır, özün bilirsən
lalə yarpağında şehə bənzəyir
mən desəm, artıqdır, özün bilirsən
lalə yarpağında şehə bənzəyir

[nəqərat]
cahan ki solmayan bir bağça-bağdır
burada rəvamıdır gülmədən ölmək?
yazıq o şəхsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək
yazıq o şəхsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək

[bənd 2]
sənin gülüşlərin bir ruzigar kimi
əsərkən arzumun gülü açılır
gülsə dodaqların ulduzlar kimi
ruhuma bir sərin işıq saçılır
gülsə dodaqların ulduzlar kimi
ruhuma bir sərin işıq saçılır

[nəqərat]
cahan ki solmayan bir bağça-bağdır
burada rəvamıdır gülmədən ölmək?
yazıq o şəхsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək
yazıq o şəхsə ki, qaraqabaqdır
nə qədər yaraşır insana gülmək

letras aleatórias

MAIS ACESSADOS

Loading...