letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ay maşallah - rəhim rəhimli

Loading...

[bənd 1]
səhər tezdən açılanda pəncərə
gözümə görsənir gözəl bir mənzərə
nazlı yarım su verəndə güllərə
ürəkdən sevinib söyləyirəm mən
nazlı yarım su verəndə güllərə
ürəkdən sevinib söyləyirəm mən

[nəqərat]
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri

[bənd 2]
ceyrandan, cüyürdən incə yerişi
qəlbimə nur saçır şirin gülüşü
dodaqları dirildəcək ölmüşü
yanaqları balla öpməliyəm mən
dodaqları dirildəcək ölmüşü
yanaqları balla öpməliyəm mən

[nəqərat]
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
belə yandım, ay allah, iri-iri gözləri
[bənd 3]
sənin olsun mənim şirin sözlərim
eşqindən alışan qara gözlərim
dərələrim, dağlarım, yaşıl düzlərim
sənsiz bu dünyanı istəmirəm mən
dərələrim, dağlarım, yaşıl düzlərim
sənsiz bu dünyanı istəmirəm mən

[nəqərat]
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
belə yandım, ay allah, iri-iri gözləri

[bənd 4]
məcnun olub dərələrdə gəzəcəm
ən gözəl gülləri sənə düzəcəm
oyna, ceyran, mən də sənlə süzəcəm
sənə heyran, səni sevməliyəm mən
oyna, ceyran, mən də sənlə süzəcəm
sənə heyran, səni sevməliyəm mən

[nəqərat]
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
belə yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri
ay maşallah, iri-iri gözləri
yandım, ay allah, iri-iri gözləri

letras aleatórias

MAIS ACESSADOS

Loading...