letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de söz - qaraqan

Loading...

toz altındakı dastan, qara qoç tullar səyahətə səni
yerin dibindən xırıldar vulkan, çatıbsa vaxt hərarətə zəmin
torpaqdan, fışqırır qan, goreşənlər dəhşətə gəlir
qaya üstündə rəqs hərəkətə gəlir, elə bil canlanır qobustan
qövmü insan pozanda nizamı, çağırır şeytanı meydan
bu nə ağır addım, de bu hansı heyvan, ki titrəyir aslan, addımından orman
qaranlığa baxıb hürür itlər, cırıldayır qapalı kilidlər
silkələnib yerə düşür bütlər elə bil ərəbistana gəlir islam
şirin yuxsunda pompey xəbəri yox qopur divarlarındakı freska
qaynatdığım dramın mişleni beş star, yeni nəsil qalıb başsız? ned stark
məndən sizə miras işıq və qısa qapanmadırsa, məni çağır tesla məni çağır meyster
bilmir hansı tərəfə axsın donur main stream çünki görür indi püskürəcək qeyzer

hamı geriyə – diqqət diqqət
hamı girsin evinə
fövqəladə hadisə – təhlükə təhlükə
təbbi fəlakət təhlükə təhlükə

hamı geriyə – diqqət diqqət
hamı girsin evinə
fövqəladə hadisə – təhlükə təhlükə
təbbi fəlakət təhlükə təhlükə

gətirdiyim sülh deyil ayrılıqdı, ayırıram atanı oğuldan əti sümüydən
necə duz ayırır tikanı irindən, ayırıram arazı kürdən
qulaqları pas, avazı küydən, necə dulusçu yarır kasanı küpdən
ayırıram buğdanı düyüdən çürümüş balığı kürüdən
şəxsiyyəti sürüdən
qoca babil gözünüzə asar bağlar
ama torpağı cadar bağlar
basdırılan haqqa çatar bağırar, kökü gilli qamışın
bax içimə ichim yanar dağlar
hamı dam eşqinə düşə qalxa ki başının üstü kor yapalaqlar
ey qalibi bir divin lovğalanmağa yox vaxt burda qırxmış otaqlar
necə xoş xoş köməklə ağıl dolmaz ağa hoş hoş deməklə
ona görə sənə dərmanı verəcəm yeməklə, gör necə sirrlərim xəzinələnir
kökünə kimi kəsilmiş ölü palıdın yeni budağı şəcərələnir
örtün qapıları pəncərələri, iri pəncəli gəlir, hanı həncəri gəlir
hamı geriyə – diqqət diqqət
hamı girsin evinə
fövqəladə hadisə – təhlükə təhlükə
təbbi fəlakət təhlükə təhlükə

hamı geriyə – diqqət diqqət
hamı girsin evinə
fövqəladə hadisə – təhlükə təhlükə
təbbi fəlakət təhlükə təhlükə

letras aleatórias

MAIS ACESSADOS

Loading...