letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qızım - qaraqan

Loading...

qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım

qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım
qızım

səni qoruyum soyuq əllərdən
isidim günəşi doğmayan günlərdən
acı dillərdən, dəyərsiz ellərdən
“xoş gəldin”i olmayan evlərdən
səni qoruyum içimdə dinsizlikdən
və dinlərdən

izim qalacaq məndən sənsən, qızım
mən silah sən sipərsən, qızım
qaldırarsan çökərsə dizim
anlayarsan bitərsə sözüm
yalan olsam söylərsən düzün
bir gün ölsəm bağlarsan gözüm
sən gələcəyin atəşi — mən olacam kömürün, közün
səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına
səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına
əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar
səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına

qızım dilimin şekeri, tuzu
ömrümün baharı, yazı

mənim ruhumun avazı
bu dünya səndən narazı
iblis yalanın atası
pıçıldar: tənhalıq — azadlıq
dəyişib sözlərin mənasın

sözlərin anlamın, dəyişir iblis tamamın
bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın
halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım
adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı

çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq
dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq
gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım
qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq

çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı
dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı
bu nə cür savaşdır? bu nə cür qələbədir? bu nə cür azadlıq?
vətəni qoruyan ataya evində övladı yadlaşdı
-n-lar unutdu ana dilin, qul indi azad amma hara gedir?
göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir
söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir?
ən çox ev zorakılığı olan evin adı nədir? adı ana bətni

qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım

qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım
qızım, dilimin şəkəri, duzu

qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım
qızım, dilimin şəkəri, duzu
ömrümün baharı, yazı
ruhumun sözü, avazı, qızım
ən gözəl alın yazım
ən gözəl alın yazım
ən gözəl alın yazım
qızım

letras aleatórias

MAIS ACESSADOS

Loading...