letra de özümə - qaraqan
əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə
mən qayıdıram geriyə
əgər “gələcək” dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər
mən qayıdıram keçmişə
əgər dəvət elədikləri “yeni cəsur dünya”da biz kölgə və özgə
mən qayıdıram evimə
əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə
mən qayıdıram özümə
mən dönürəm özümə, özümə
mən dönürəm düzümə, düzümə
çıxaram çənlibelimin izinə
ben dönerim özüme, özüme
ben dönerim yüzüme, sözüme
giderim doğrularımın peşine
əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan “yenisöyləm”
qayıdıram ana dilimə
dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr
bürünürəm sümüyümə, dərimə
əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər
diyarından enirəm düzümə
əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər
lazım deyil, mən yetərəm özümə
mən dönürəm özümə, özümə
mən dönürəm düzümə, düzümə
çıxaram çənlibelimin izinə
ben dönerim özüme, özüme
ben dönerim yüzüme, sözüme
giderim doğrularımın peşine
mən qayıdıram özümə
yalanlardan doğruma, düzümə
çıxaram çənlibelimin izinə
letras aleatórias
- gilles vigneault › letra de les trois perdrix - gilles vigneault
- luiz marenco › letra de live - luiz marenco
- rmk toppen › letra de oss - rmk & toppen
- grant lee phillips › letra de loaded gun - grant-lee phillips
- davichi › letra de one person's story - davichi
- berry good › letra de angel - berry good
- breathing theory › letra de uprise - breathing theory
- indiana bible college choir › letra de you are holy - indiana bible college choir
- fetty wap › letra de wake up - fetty wap
- yas › letra de joggingsæt - yas