letra de mələk - qaraqan
[verse 1: qaraqan]
sözlər və qış, gözlər və yaş
təhqir, alqış, biz düşmən
və yaz, qələmi ağlat və qaç
öldür və sev, sənsiz dözməz
sənsən ailə və ev
qaytarma, seç artıq, ayrılmaq gec
ola bilmir doğma, silə bilmirsən heç
hisslər sönür artıq bax
bütün hisslər də buz
kimdi axı o? sadəcə sıradan bir qız
amma baxışları dəli eləyir məni
onun qolları əbədi qəfəsim
məni öldür, ya götür bu dərdləri
b-mu sevgi? mən tanımıram hissləri
sözlərmi sərt yoxsa hisslərdi sədd?
mən səndə artıq qoymayacam sərhəd
[chorus: gültəkin]
dumanlar dəyişir şəhəri tanınmaz haləti ilə
küləklər rəqs edir hisslərimizin hərarəti ilə
ürəklər dözə bilərmi, de, dillər susa bilərmi?
mələklər yaralı qanadı çırpıb uça bilərmi?
[verse 2: qaraqan]
günlərlə qəm, mən sənsiz kiməm?
sənə yazdığım sətirlərdə tapdım vətən
sən burada özgə, mən sənsiz kölgə
mən sənsiz buz baxışlı, daş bir heykəl
çıxart dərini, mənə çılpaq ruhunu göstər
məni məhv edir bu uzun səssizlik
məni yandır, buz ürəyimə ver isti
artıq nifrət eləsən də mənə bəsdir
təki yanımda qal, mən olum təslim
bu otaqlarda yox artıq divarlar
acı xatirələr ürəyə toz bağlar
baxışlar qalır, uzaqlaşır ayaqlar
ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar
pərdələri aç, təkcə çılpaq həqiqət
aramızda yox artıq sərhəd
[chorus: gültəkin]
dumanlar dəyişir şəhəri tanınmaz haləti ilə
küləklər rəqs edir hisslərimizin hərarəti ilə
ürəklər dözə bilərmi, de, dillər susa bilərmi?
mələklər yaralı qanadı çırpıb uça bilərmi? (2x)
letras aleatórias
- meek mill › letra de the latest - meek mill
- leela james › letra de mr. incredible - ms. unforgetable - leela james
- malik martin › letra de lifted - malik martin
- jahmaiki › letra de 11:11 - jahmaiki
- anti flag › letra de all of the poison, all of the pain - anti-flag
- king of the dot › letra de red flag vs. joey gambello - king of the dot
- wiz khalifa › letra de gangsta party - wiz khalifa
- mss frnce › letra de toi aussi - mss frnce
- lana del rey › letra de gramma (blue ribbon sparkler trailer heaven) - lana del rey
- delaredo › letra de yılanların oyunu - delaredo