letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de həqiqət axtarışları - qaraqan

Loading...

[verse 1: qaraqan]
kiçik daxmalarda həyatını bitirən insanlar
o dahilər doğulmamış basdırıldırar
zamanın ağırlığı çatladırdı dirəyləri
süpürüb tarixdən parçalanmış ürəyləri.(x2)

binlar,arkalar,kvartallar,prospektlər
şəhərin yaddaşında möhürlənmiş portretlər
dəyişir fəsillər ,təkrarlanan kvartretlər
maketləşdirilmiş senarilər,parketlər bağırırdı,.
addımların altından
hansı mənzillərə aparır bizi bu addımlar
eybəcər ördəylər durnalara çevrilərkən
həyatın qanunları yazılırdı güclülərnən

[ chorus: qaraqan ]
dur zaman yaddaşımda cavan qalım
yox küləy , gözyaşlarım küləydəndi
gəl allah hardasan mən tək qaldım
hardasan allah? hardasan? mən tək qaldım
dur zaman yaddaşımda cavan qalım
yox küləy , ağlamıram küləydəndi
gəl allah hardasan mən tək qaldım
ged allah sən gecikdin şeytan gəldi

[verse 2: qaraqan]
taleyin kaprizləri,taleyin artisləri
sevginin tezisləri,payızın krizisləri
və terminlərə çevrilmiş həyatım məqamları
incilin odunuyla yandırırdı quranları
allahı axtarırdıq quyularda,qayalarda
səyfələr qorxudurdu gizlənirdik yaralardan
ama bu sağatmırdı. diaqnoz tənhalıq
biz bəzən milyonların arasında tək qalırdıq…
sakit ol danışma! danşma! onlar başa düşməz səni !
bizim öz fikrilərimiz onların öz prinsipləri
biz tozlu otaqlarda kəşf edirdik dünyaları
hər şeyi tapmışdıq , tapmamışdıq insanları!!
biz tənha adalar tək çəkilib dənizlərə
satmadıq qəlbimizi xəyanətə , kənizlərə
zamanın iynələri sualları toxuduqca
sən heç nə bilmədiyini anlıyırsan oxuduqca
[ chorus: qaraqan ]
dur zaman yaddaşımda cavan qalım
yox küləy , gözyaşlarım küləydəndi
gəl allah hardasan mən tək qaldım
hardasan allah? hardasan? mən tək qaldım
dur zaman yaddaşımda cavan qalım
yox küləy , ağlamıram küləydəndi
gəl allah hardasan mən tək qaldım
ged allah sən gecikdin şeytan gəldi

[verse 3: aid]
dur zaman qanımı iç bitrim həyatı bu nöqtədə
vücudum arzu tutdu axdı ulduz son dəyqədə
dizləri yığmırdım mən həyat önümdə baş əydikcə
sıxılır tənha ürək kapilyarlar hörüldüycə
dirildiycə qürur sevgi baxcasında ağac əkdi
qocalmış rahiblər rahibələri sınağa çəkdi
gözünü zamana dikti yazılar adımı ləkələdikcə
həqiqət axtarışı da paslanırdı gün ötdükcə
hayat verir əzab edir tələb bir az səbirli ol!
ürəy veridi qələm veridi.təb mənim arzum sehirli yol
günəşin qarşısında qan ağlıyır merkuri
cəhənnəmin nümünəsi gözündəki o zəhərli son
göz qamaşdırıcıdı peyda olunan hər bir evrika
kabus uşaq oyunudu ilk baxışda yoxdu mistika
yalan var bizi azdıran əməllər var
şeytanın repertuarında görəsən daha nələr var
[ chorus: promete ]
dur zaman yaddaşımda cavan qalım
yox küləy , gözyaşlarım küləydəndi
gəl allah hardasan mən tək qaldım
hardasan allah? hardasan? mən tək qaldım.(x2)

letras aleatórias

MAIS ACESSADOS

Loading...