letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de true - puzzle (az)

Loading...

[verse 1]
adım: puzzle
ləqəbim güclü
sözlərim ülgüc
yaşamaq istəyirəm
dünya üç gün dünya üçkünc
hər yerdə məşhur, amma istedadsız insanlar
düşün hələ, mən bunları düşünüb deyirəm insafla
kirayə maşın, saxta pul
kliplər ən yaxşısı, amma kadr boş
ritmə sətir qoş
deyir puzzle “coş!”
uzaq qalın, xoş
qurub çadır, boş içi
için yenə boş
içib-içib yenə otur və yaz:
“tövbə, hərəkət etmərəm gəlmədən növbə”
a və b nöqtəsinə ehtiyyacın olacaq bəs?
növbənöv növdə replərim, bunu görmədən ölmə!
sən hansı rəqəmə inanıb baxsan o olacaq nəs
məsələn 3, məsələn 23
məsələ: sadə güc
məsələ, bəzən, hətta təkcə inanmaq da olmur
məsələn, mən inandım və bacardım, amma
istedadım, seçimlərim, cəsarətim hamsı o’ydu

[verse 2]
inan, dost, məndən bir də gəlməyəcək
gəldi, o da övladımdı: rep – azadlıq
inan, dost, gücümü hələ görməmisən:
hər şeyi sınadım və qaldı tək yazarlıq
inan dost hər an yoz yuxunu sən
çünki yuxu gerçək olmaq istəyən xəyallarındı
inan çünkü inam edir gerçək onu
əl çək və anla səni dəyişdirən qərarlarındı
bir də deyim bilin mənim yaşım az deyil ha !
reper görmüşəm dostun çağırır: “az, züleyxa!”
rep qara qızıldı?
nə qədər verim qızıl bəsdi ?
qədir bilir guya çoxsu qədir qızılsəsdi
həqiqətən bəsdi… daha dayanaq
axı mən yaxşı rep axtaranda baxım hayana ?
mən nə high sən nə hayda;
yaşama eyni templə
səhv saldı azrap-i yenə yeni nəsil yeni keplə

[verse 3]
şeir cümlədəki sözlərin yerdəyişməsi
ona duyğu verən bizik
ona uyğun gələn dərdimizdi
bəlkə yenə etiraf edib deyər ki:
“çoxalmışam təkəm deyə!”
qafiyələr, sözlər, nəqarətlər, verse-lər
təzə bir rep, təzə bir mövzu və ümumi hər şey
çoxaldım, azaldım, bacardım, qazandım
tükəndim, qayıtdım, təklikdən güc yaratdım
hələ nağıl bitməyibdi “biri yox, biri var” hələ var
yol asan gələcək insana, əgər onu yormasa
sonda “happy end” maraqlı deyil, əsas zor yaşa
yolçu ola-ola za to gəlib çıxdımı o başa?
göydən üç alma düşdü sonda yox lap əvvəldə
birini apple dişlədi, biri nyutonun başına
dünya dəyişdi, düzdü, amma yaxşıya ya pisə ?
biri də biz insanların – milyardlarla kiçik hissə…

letras aleatórias

MAIS ACESSADOS

Loading...