letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qara bulud - puzzle (az)

Loading...

ilk hissə:
yağış düşməmişdən öncə buludlar boz olur
öncə yağış düşür, sonra əlaqə pozulur
biri də var (ki), bulud qaradı, düzəldə bilməzsən
puzzle, yazaraq edəcək, söz əldən itməzsə
insan var, illərdi başının üst(ün)də(di) qara bulud
cavabı yoxdu, ki illərlə daşıdı hara bunu?
daşıdı və gördü ki, dibə insan öyrəşə bilir
bilmək onu yorur; niyə insan hər şeyi bilir?

ikinci hissə:
vərəq arasında söz qurudan şair, tik cümlələri
dolu-dolu yaşadım, izah edə bilməz tək cümlə məni
duam “save” edildi, səma tərəf(i)dən, “qara bulud”da
duam “sev – deyirdi – səma tərəfə, zaman unutqan”
başqası olma, sağalmır, yara bağlayır, ağrıdır öz
ən dolu yaşayan belə, dolu olur və yağdırır söz
ədəbiyat, əbədi yat, yol hər səfər irad(dı)
elə bil yol gedək ki, puzzle, edək səfəri mat

üçüncü hissə:
rahat-rahat yat, düşünmə: sənə dəyər verilmir
rahat ol, biz ölməmişik, sağıqsa yata bilərsən
elə bir şəhər qurmuşam, dağılsa, bata bilərsən
dediklərimi anlama, nağıl san, yata bilərsən
amma, əmin ol, puzzle səni yaşadacaq uca
başı dik yaşanan ömürlə yaş artacaq, qoca
zaman, versə zaman, olar yaman, yaşayaram
yaşayaram, yaradaram, qara buludu qovub
dördüncü hissə:
yaşadım düşünmədən, (amma) bir də gördüm (ki), düşüncə gəlir
hər şey tərs oldu, anladı: göyə (tərəf) düşüncə, əli
xəbərin olmadan yayırsan negativ enerji
insan, tərgitməlisən bütün pis düşüncələri
məqsədim məsləhət (vermək) deyil, məsələn, məst etməkdi
ədəbiyat yatıbsa, sözlərimlə səs etməkdi
daha oyansın, puzzle qoysun mənanı yerinə
qovuşdursun yenə – yazaraq – hər anı, evinə

beşinci hissə:
o elə bir “qara qulud”udu ki, onu aça bilməzsən
o yağdıranda yağış, ondan qaça bilməzsən
salam olsun, çətin anda öz’ün(ü) hiss edənlərə
boz havalarda özünü daha xoşbəxt hiss edənlərə
əlimdən gəlir yazmaq, (deməli) əlidən gəlir şad xəbər
“ozymandias”dan necə tutdu axı, şah xəbər?
“23” ağırdı – dünyadı, onu daşımalıyam!
pis günlərim, bəzən, bir-bir qurban olur yaşıla

altıncı hissə:
dünəni xatırlayıram, sanki sabah olubdu
keçmişə gedən yol, gələcəkdə xarab olubdu
bütün pis günlər(im)ə, xoş günlərim haram olubdu
çünki, qovdum başımın üstündən qara buludu
dünya hamar olubdu, tanrı çəkəndə sığalı
sınaqlarına, bizi tanrı çəkəndə, sığarıq bizi qoyduğu çərçivənin içinə
budu tək istəyimiz: sığmaq istərik qutuya, qututək
yedinci hissə:
insan, bir insaf, biri oyaqdı axı, biri saf
“23” elə bir ağlıqdadı, edir kir(lər)i saf
puzzle’dan əl çəkin, xoşbəxtdi yaşılın içində
unutma ki, hərşey baş verir başının içində
səfər hər səfər səhərə təsadüf etməkdədi
yol elə gözəldi (ki), əziyətin zühur etməli
mənim dilim bir qocanın sözlərindəki hikmətdi
yaşamışam dolu-(dolu), bu eqo deyil, inan!

son hissə:
zamanından öncə etdim bəzi işləri
əslində çox işim, zamandan çox öndədi
duaların keçmir, burda nəzir işləmir
çün(ki), bəzi dualar haramdan çox öndədi
şair ölən ağaçlarla şeir yazdı, çünki
ağac hərəkətsiz(di), amma əsas gövdədi
şair hörən tapmacalar şeir yazdı, çünki
xoşbəxtliyə gedən yolu qisas hörmədi

letras aleatórias

MAIS ACESSADOS

Loading...