letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de güclülərin mahnısı 5 - puzzle (az)

Loading...

[verse 1]
(haaah!) dərindən nəfəs al
ya da təslim ol və denən: “yadam.”
dərdindən qəfəs al
(ehhh… nə isə… əşi!)
əliyə təzə ad: puzzle!
oyundadı yenidən, hazır!
əlində təzə dad
bu axı güclülərin mahnısı! (beş!)
edibdi fake gücün hamısını leş!
yol’a kim hörmət qoymursa, izlə
yağışlı yol’da ayaqqabısını deş
çünki, sən tez sönüb, tez barışıb
çıxış yol’unu gördün: bankı yarmaq
çünki, mən aydınlıqda işıq
amma sən – oranı göstərən barmaq
anlamaq lazımdı əvvəlcə, bruder
ki etməyəsən belə səhvi bir də
yadda saxlamaq lazımdı ki, itsə
görərsən, xalta taxıb, artıq itsən
hə, birdən-birə, bilə-bilə edir özü, blyat!
za to, sonda gora özü gedər
ona görə də ki, özü bilər
gücdən gələn yenə gücə qayıtmalı
gücə gedib div, cücə qayıtmalı
23’ündən sağ 3’ü qayıtmalı
axı de gedibsə nə üçün qayıtmalı, hə?
azadlıq başlayır başdan
azad deyilsənsə, buna səni inandırıblar
yazanda çoxalır “kaş”lar
amma inanansan, çubuqlar birlikdə sınırlar
bu şok dalğası, qop!
uşaq baxmasın, qoy!
yumşaq dalına bir təpik
yurdu şah alıbdı bir qəfil
boşuna almasın, boy!
(wow!) uçuşan ağlındı, boy!
uçuşa qalxmasın qoy!
yormuşam hissləri, gizlənib
yazmışam yenidən
izləyib bu şah, ağıllı yol! (yow!..)

[verse 2]
yox, tərifin təəccüb doğurmur
mənfilər tək cüt doğulmur
dərində hər gün boğuldum
son yol əlimdə olanda qorudum
çünki, yolçu olanda zor idi
belə isə, çalış və güc qazan
dayan, denən qısqanıb mənə ki, bəs “zəifsən”
sayaq, görək, mən güclü, sənsə boş tərifsən
yazan söyərmi?
bu deyil axı açar
yazar düşüncələrini açar
o, flash’dən tez qaçar
de görək, bu fast flow’du, yoxsa, yenə mövzuya tərs flow’du?
eşitdinsə, tərs minor’du
bilməyin qarşısını kəsmir ordun
qorxduğuçün qəsdən bro’du
kəsib-doğrayıb, mən qəssab oldum
“təslim oldum” demədim
sadəcə, öz’ümə dedim:
“öz’ünü üzgün göstərmə!”
açar budu, bil: güzgü göstərmək
açar bunu bil, düzgün öyrənmək
məna – həyat üçün yaşıllıq
dərdindən nəfəs al, yaşa, qat başını. (aşırı)
yaşımın gətirdiyi yenilik + müşahidə, sanki təkdi + bildiklərim eyni deyil + bilir ki, güc bilməkdi + bilir, bilgi çətin deyil + yersiz etmir hörməti + safdı, amma hərif deyil + boş tərifi, töhmətdi = puzzle a.k.a puzzle a.k.a puzzle a.k.a puzzle a.k.a puzzle a.k.a puzzle a.k.a puzzle…

[verse 3]
güvənib təcrübənə, təslim oldun təəccübünə
rap – ritmik azərbaycan poeziyası’dı tərcümədə
həqiqət qapısı açıq;
bəs açılıb cəftə necə?
düzü hər səhvdə seçər, rap’lərisə həftəbecər
söz otağımdan çıxan hər track qaçıb, çatdı, çıxdı zirvəyə
öz axtarışlarım yenə uzanıb, samanlıqdan çatdı iynəyə
yox, o bildiyin zirvə deyil, bunun adı “bilgəlik”di
sən bilmə ilk’i
bəs bilirsən ki, biləndə qarışacaq ağ-qırmızı pivəyə?
gör nə qədər vaxt keçib, mən hələ də burdayam və eyniyəm
kor olanda görməyən əli, puzzle ilə çıxıb həqiqət seyrinə
bəs, nə oldu ki, bu uşaq hərşeyi görməyə başladı, bro?
yolçu’nun “dobru” yazıb, uzatdığı bütün verse’ləri puzzle ilə yaşladı flow

[verse 4]
vaxt getdi…
daha mənimlə üz-üzəsən
çoşub əsdin, amma deyə bilmədin yenə sözü düz üzə sən
küçənin ən dibində toz toxundurmursansa, hüsnünə sən
gücüm əzər!
barışmaram, əgər sən boş yerə küsmüsənsə…
inan ki, onu çapardın, əgər sən, elmin at olsa
söküb, yığıb, dağıdırsan;
blyat, elə bil, sən əsl terminator’san!
xətrinə kim dəysə, fərqi yoxdu inan ki, gəl soruş: babe, noldu?
cavab verim: hal-hazırda olduğum bax bu yer, babylon’du!.. (yow!)
sətirlərlə zəlzələ yarada bilən mc mənəm!
yol göstərənim heç olmayıb deyə, yol sala bilərəm
“tə ki”, “kaş ki” deməyib toxunmuşam, mən hər dəfə mətləbə
tək bacarmağla show göstərib bunu etmişəm hər dəfə

[verse 5]
ən gözəl etirazı edib, öz’ə dedim:
yaşa, həyat olaraq!
kafka’sız çevriliş edənlər bəs, tamamlanar zəif olaraq?
yox təbii, kortəbii edirdi yenə, mənə səhvi tərif olaraq
göndərdim zərfi donaraq və yazmadım ona bir daha…
mən məsələn də indi, deyinim yenə mətləbə də indi
gedib-gəlib tərsləmə deyə məni, əli verir məsləhətlər indi
(qulağıni) aç, eşit!
f-ck the sh-t!
saxla hətta bağda şir
vaxt yetişir, kral eşir
taxt beşik? yox əşi!

[bridge]
qaç, tullan, get
tez burdan get sən, blyat!
xaç çıxart tez
et dua tez sən, blyat!
saç ağart tez
bilik, ucal tez sən, blyat!
tac qoyun tez (başına)
say qoyun, yat sən, blyat!

[bridge 2]
böyük həyatlarda özü boyda böyük dərdlər yığışır, alış
puzzle alqış alır, barış
deyil yarış həyat daha…
böyük ölkələrdə balaca insanlar düzgün yaşayır
çalış, guya alış buna
yarış olsa, qarışma buna!

(qışqır, paxıl!)

[outro]
tez nəyə inanmaq istədiyini dərk edib, sən tərəfini seç:
de, illüminati
ya güllü, memati?

(qışqır: paxıl!)

letras aleatórias

MAIS ACESSADOS

Loading...