letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de röyalar - promete

Loading...

[giriş: vüsal orucov]
xoşladığım bir gecə, yerlər, göylər işıqlı
ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı
bunları seyr edərkən
bir az fikrə gedərkən
fikrim, hissim, xəyalım o qədər yüksəldi ki
mənə öylə gəldi ki
bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş
nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

[bənd 1]
bu dünya boş idi
orada yox idik biz
ulduzlar parlayırdı
səmada səssiz-səssiz
nə yoxdu buludlar
nə tufan, boran, qar
nə yaşıl ağaclar vardı
nə də sonsuz yollar
insanlarsız bir kainat düşün
ki sən də yoxsan orada, mən də
və yoxdur sevgidən atan ürəklər
bu cür çətin fikirlərin ortasında
gəlim köməyinə
unut bu dediklərimi
davam et sevməyinə
[keçid]
heçdən bir kainat quruldu, uçuşur
insanlar yaşar unudub sıfırı
sənlər, mənlər – səbəbi var oluşun
biz bu kainatın özəyinə axırıq

[nəqərat]
qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

[bənd 2]
hər bir yaradılışda bir səbəb və bir xəta var
bu yaradılışın əsası isə mükəmməl xətalar
biri pozulsa, dağılar dünyası milyonların
ona görə sonu eyni yerə çıxır bizim bu yolların
gözünü dörd aç, gör, bax, hər yer bizdən izlər
dünya kəşflər dünyası, ona görə bizdən gizlər
ulduzları buludlar, xəzinələri meşələr
həqiqətləri səhralar, dərinlikləri dənizlər
[keçid]
heçdən bir kainat quruldu, uçuşur
insanlar yaşar unudub sıfırı
sənlər, mənlər – səbəbi var oluşun
biz bu kainatın özəyinə axırıq

[nəqərat]
qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

[bənd 3]
görəsən, hansı daha dərindir
alimlər ya şairlər?
bu dünya soyuyacaq
ikisi də bunu deyirlər
haradan başlayacaq soyuqluq
havadan, ya ürəkdən?
buz olacaq bütün buludlar
yoxsa ki, daş ürəklər?
yenəmi davam edəcək bizsiz bu kainat?
ulduzlar arası hənirtisiz səyahət
yayılaq səmalara bəlkə biz də toz kimi?
qucaqla, qorxuram mən bax əllərim buz kimi
[nəqərat]
qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

qoy çiçəklər açılsın içəridə
məni səndən, səni məndən kim alar?
sən gedərsən, iyin qalar dəridə
gecələr də sənə aid röyalar

letras aleatórias

MAIS ACESSADOS

Loading...