letra de hər yerdə - promete
[bənd 1] [aynişan]
gözümü yumanda da
sən varsan qaranlıqda
lap qarda, dumanda da
sən məni yaşadan tək səbəbsən
dişimi sıxanda da
hər damın kənarında
bircə addım qalanda
uça bilmirəm mən bu səbəbdən
[nəqərat] [aynişan, promete]
sən hər yerdə - hər addımda
sən hər yerdə – yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
sən hər yerdə – hər addımda
sən hər yerdə – yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
[bənd 2] [aynişan]
şaxtada və istidə
kölgədə və güzgüdə
doğmada və özgədə
hər yerdə görünürsən gözümə
düşünmək, sıxılmaq
səssizlikdə boğulmaq
sənsizlikdə yox olmaq
qayıda bilmirəm mən özümə
[bənd 3] [promete]
həyat sınaqdır, gülüm, biz isə sınanılanlar
görüşmək, birləşmək üçün yaradılanlar
bütün bunları hər dəfə yada salanda
hər şey elə bil rəngini dəyişir bir anda
bilirsən, mənim yuxularım uşaqlıqdan rəngli idi
amma oyananda bu rəngləri tapa bilmirdim
məktəb vaxtı hamı tut-rdu xatirə dəftərləri
mən isə keçmişə baxmağı heç sevmirdim
elə bil, kimsə pıçıldayırdı – qabağa diqqətlə bax
hansısa zamanda qarşına kimsə çıxacaq
mənim üçün həyat ona görə sənə gedən yol idi
gedirdim, gedirdim, sən isə yox idin…
yıxılmağa öyrəşirdim heç kim sığallamırdı
məni sərt yetişdirmək həyatın cığallığı idi
heyif, bəzi şeylər tamamilə əlimizdə deyil
məndən olsa, mən hələ də uşaq idim
amma bu günə də şükür, hər şeydə hikmət var
bir gün sənə rastladım və anladım cənnət var
bu cənnətdə üzümüzə açıqdır qapılar
qapalı olsa da, onu bizim üçün açan tapılar
bu olanlar hər şey səbəbsiz deyilmiş
bütün yollar aparırmış bir nöqtəyə
indi əllərin isti ovuclarımda
qulaqlarım isə öyrəşib səndən eşitməyə
[nəqərat] [aynişan, promete]
sən hər yerdə – hər addımda
sən hər yerdə – yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
sən hər yerdə – hər addımda
sən hər yerdə, yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
sən hər yerdə – hər addımda
sən hər yerdə – yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
sən hər yerdə – hər addımda
sən hər yerdə – yanında
sən hər yerdə – səninləyəm
sən hər yerdə – ömürlük
letras aleatórias
- nitneq › letra de get shot - nitneq
- take a mic › letra de les filles du calvaire - take a mic
- weird fingers › letra de topíssima - weird fingers
- archie green › letra de blacks only - archie green
- tristan waddell › letra de notch's plan - tristan waddell
- serengeti sicker man › letra de loose control - serengeti & sicker man
- june jones › letra de overfloweth - june jones
- hakeem prime › letra de want you - hakeem prime
- kaskade › letra de fire in your new shoes (ming radio edit) - kaskade
- hrc worship › letra de greater is our god - hrc worship