letra de saudade - pranga
verse 1
uzanır yollar yenə
nə qədər uzansa da gətirmir ötən illərimi onlar mənə
sonlar yenə qapımı döyür, tanışdır bu sonlar mənə
yollar yenə uzanır
amma ömür uzun deyil axı yollar qədər
dönüb basdırmaq albomlara
uşaqlıq illərini, ilk sevgini
vəfasızdır ömür gün
elə bil ən vəfasız dostlar kimi
həyat yarı, ömür qısa
alovlu ruhum dönüb buza
vaxt gələndə mən də yolçu
məni də ölüm udar, ömür uduzar
bilirəm bu dünya yalan
qonağam yalan dünyada
çevirib doğmanı yada
gedir o zamansız qatar
elə bil tanrıya yadam
elə bil unudub torpağı, daşı yaradan
xatırlamır məni – dünyada ölən
misralarda yaşayan adam
bir sirrim var daşıyıram özümlə
gözümnən süzülən yağışlar yuyur
bir sirrim var nə ölülər anlayır
nə korlar görür, nə karlar duyur
bu sirri götürməz deyirlər məzar
sirr də qocalır sonda əzizim
bir vaxt cavan cavan şeirlər yazan
şair də qocalır sonda əzizim
chorus
ömrümü aldı
illər apardı
dünyaya bizdən təkcə
mahnılar qaldı
verse 2
bu yollar aparır hara
sevinci kədərə qataraq
ömrümü zamana sataraq
durmadan günaha bataraq
bugünü sabaha ataraq
mən dünlərimdə yaşayıram
bir vaxt ağırdır dediyim yükləri
indi sevərək daşıyıram
yoruluram, taqətdən düşür əllər, yorulur dizlər
mən fəth etdikcə dağılır dağlar, quruyur həmin dənizlər
yazırıq tarixi körpülər salıb
ki gələnlər olsun izlə
və biz də
yaşayırıq inadkar mübarizəmizlə, musiqimizlə
chorus
ömrümü aldı
illər apardı
dünyaya bizdən təkcə
mahnılar qaldı
letras aleatórias
- shirley bassey › letra de for the love of him - shirley bassey
- yungstove › letra de afraid of you - yungstove
- epic xviii › letra de shine - epic xviii
- samra elif › letra de zu ende - samra & elif
- ty brasel › letra de the power - ty brasel
- t savvy › letra de i’m amp’d up - t.savvy
- tantrum rock › letra de you need me - tantrum (rock)
- ucla › letra de tudo - uclã
- monuments › letra de animus - monuments
- frost › letra de shenanigan - frøst