letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sevgi keçdi - ədalət şükürov

Loading...

[giriş: ədalət şükürov]
eh, bu gənclər bilmir ki, bir vaxt mənim də bir sevgilim vardı
nə oldu? bilmirəm, qoruya bilmədim sevgimi…
vaxt keçdi, məhəbbət məndən uzaqlaşdı
amma ayrılığın səbəbini indi də anlamıram…

[nəqərat: ədalət şükürov]
ayaqyalın günlərim yadıma düşdü
ürəyim bir gözəlin oduna düşdü
vaxt keçdi, mənim saçıma da dən düşdü
artıq gecdir, sevgi keçdi

[bənd 1: “qala’ qrupu]
göyə uçan çərpələngin
gözlərinə düşər rəngi
arzu uçar, ümid uçar
ay aman…

qorumasaq sevgimizi
tənha qoyar ikimizi
səndən qaçar
məndən qaçar

qorumasaq sevgimizi
tənha qoyar ikimizi
səndən qaçar
məndən qaçar
[nəqərat: ədalət şükürov]
ayaqyalın günlərim yadıma düşdü
ürəyim bir gözəlin oduna düşdü
vaxt keçdi, mənim saçıma da dən düşdü
artıq gecdir, sevgi keçdi

[bənd 2: “qala’ qrupu]
“gözlə” deyir, “tezdir” yarım
gözlər deyir: “vaxtdır canım”
naz eyləyir
naz eyləyir

yarım bilmədi qədrimi
qəmə salıb ürəyimi
naz eyləyir
naz eyləyir

yarım bilmədi qədrimi
qəmə salıb ürəyimi
naz eyləyir
naz eyləyir

[bənd 3: “qala’ qrupu]
saçlarımda baxışların
tək səninəm, mənim yarım
qəm eyləmə
qəm eyləmə, ay aman!
bu gənc yaşda vurulmuşam
öz sevgimə qul olmuşam
gözlərimə “gözlə” demə

bu gənc yaşda vurulmuşam
öz sevgimə qul olmuşam
gözlərimə “gözlə” demə

[nəqərat: ədalət şükürov]
ayaqyalın günlərim yadıma düşdü
ürəyim bir gözəlin oduna düşdü
vaxt keçdi, mənim saçıma da dən düşdü
artıq gecdir, sevgi keçdi

ayaqyalın günlərim yadıma düşdü
ürəyim bir gözəlin oduna düşdü
vaxt keçdi, mənim saçıma da dən düşdü
artıq gecdir, sevgi keçdi
artıq…, sevgi keçdi

letras aleatórias

MAIS ACESSADOS

Loading...