letra de nələr keçdi - ədalət şükürov
[giriş: ədalət şükürov]
kimləri, kimləri, unutdu dünya kimləri?
nə qalır hər itən addan?
[aygün bəylər]
nələri, nələri unutdu dünya nələri?
gör nələr çıxıbdır yaddan!
[bənd 1: ədalət şükürov]
kimləri, kimləri, unutdu dünya kimləri?
küsüb getdi bu həyatdan
[aygün bəylər]
nələri, nələri unutdu dünya nələri?
yada düşmür heç bircə an
[keçid: ədalət şükürov – aygün bəylər]
nələr olub bu həyatda?
bu gün varsan, sabah yoxsan
nələr çıxıb yaddan hətta
yadda qalmaq deyil asan
[nəqərat: aygün bəylər]
sən döyün, ürəyim, sən döyün
unutma sən bir tarix yazan insanı
[ədalət şükürov]
sən döyün, ürəyim, sən döyün, ürəyim
tək unutma ötən hər anı
[bənd 2: ədalət şükürov]
ürəyim, ürəyim, döyün, dayanma, ürəyim
dayanmağa haqqın yoxdur
[aygün bəylər]
ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim?
əzabın sevincdən çoxdur
[keçid: ədalət şükürov – aygün bəylər]
nələr gördün bu həyatda?
nələr keçdi, keçdi nələr?
yavaş-yavaş çıxır yaddan
acı, şirin xatirələr
[nəqərat: aygün bəylər – ədalət şükürov]
sən döyün, ürəyim, sən döyün
unutma sən bir tarix yazan insanı
sən döyün, ürəyim, sən döyün, ürəyim
tək unutma ötən hər anı
[muğam: aygün bəylər]
ürəyim, nələr ay, çəkirsən, ürəyim
kimləri, unutdu dünya kimləri?
nələri, unutdu dünya nələri?
küsüb getdi, ay balam, bu həyatdan
aman, aman, ay aman ey!
[keçid: ədalət şükürov-aygün bəylər]
nələr gördün bu həyatda?
nələr keçdi, keçdi nələr?
yavaş – yavaş çıxır yaddan
acı, şirin xatirələr
[sonluq: ədalət şükürov]
kimləri, kimləri, unutdu dünya kimləri?
nə qalır hər itən addan?
[aygün bəylər]
nələri, nələri unutdu dünya nələri?
gör nələr çıxıbdır yaddan!
[sonluq: ədalət şükürov]
kimləri, kimləri, unutdu dünya kimləri?
nə qalır hər itən addan?
[aygün bəylər]
nələri, nələri unutdu dünya nələri?
yada düşmür heç bircə an
letras aleatórias
- hands › letra de keep it real - hands
- サンフジンズ › letra de じょじょ - サンフジンズ
- 空想委員会 › letra de 零距離シンドローム - 空想委員会
- 島津亜矢 › letra de 独楽(こま) - 島津亜矢
- jd samson feat men › letra de credit card babie$ - jd samson feat. men
- たま › letra de みみのびる - たま
- god of war › letra de nib - god of war
- 一条聖矢 › letra de 今はただ… - 一条聖矢
- v1mast › letra de kurikulum hatimu - v1mast
- singlike › letra de speak now - singlike