letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de yaxşı qız - orxan zeynallı

Loading...

[bənd 1]
oyanır hamıdan tez, baxır pəncərədən
günəş rəngli saçlar, yaşıl göz, incə bədən
bir azdan oyanacaq həyatdə ən vacib insanlar
soruşacaqlar ki, hara baxırsan pəncərədən

səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da
səsini çıxara bilməz, çünki o fədakardır
evin bütün yükünü kişilərin yerinə qaldırsa da
kompliment eşitmir, şirin sözə qulağı kardır

telefon əlindən alınıb, artıq iki ildən çoxdur
sinif yoldaşına zəng etməkdə günahkardır
münasibət qurmaqdan söhbət belə gedə bilməz
ailəyə ləkə yaxılsa, o tək səbəbkardır

darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi
düşünür – qəribədir bu tale, hər şey kələkdir
kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı
halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı

[bənd 2]
xeyir və şər məclislərinə bər-bəzəkli
o uşaqlıqdan bilir artıq nə düz, nə əyri
təhsil ikinci plandadır əsas ev işləridir
gələcək həyat yoldaşına indidən öyrəşməlidir
küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!
tanımadığın insanlara qarşı olsun sərt çöhrə
dinləmək olar ancaq muğam, bir də xalq mahnıların
valideyn tərəfindən təyin olur arzuların

bugün-sabah nişan, dəyişəcək ancaq ünvan
dəyişəcək divarlar, amma həyat hələ zindan
olmazmı ki,bu otaqdan onun da nazı qalsın?
əsas o deyil, əsas evin kişisi razı qalsın

əsas – qohumlar desin ki,o yaxşı qızdır
əsas – bu cəmiyyət desin ki,o yaxşı qızdır
axı o insan deyil, sadəcə kiminsə namusu
ölüb yenidən oğlan doğulmaqdır tək arzusu

letras aleatórias

MAIS ACESSADOS

Loading...