letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de nil - orxan zeynallı

Loading...

[bənd 1] [aid]
sabahın xeyir, nil, bu gün hava 10 dәrәcә
sәmadan bir-iki damcı sevgi vә yağış yağır
bilirsәn, hәyat bәzәn qәddar olur son dәrәcә
dәrdә öyrәşdirsәlәr dә, biz heç vaxt barışmadıq

gecәlәr sәnin olsun, sәn bәzәn ulduzlartәk
parıltılar içindә işıq saçan incә biri
insanlar üzdülәr bizi, onlarda yoxdu gerçәk
od vurub gözlәdilәr, amma biz alışmadıq

sabahın xeyir, nil, bakıda sәrt külәklәr әsir
payızın sevgi qoxusunu biz heç vaxt hiss etmәdik
ayırmaq istәsәlәr dә, qәlbin parçalarını
biz olmadıq tәslim, keçәr bu hәsrәt dedik

yatağın istidir yәqin, üstünü sevgiylә örtüb
qorudum yadlardan, әtrafında sevgilәr hördüm
sәnlә hәr zaman susub heç vaxt danışmasaq da
sәn mәni anlayırsan, mәn sәni anlamasam da

[nəqərat] [tomris]
nil, ötür ömrün illәri
sәnin ürәyin yaşadır mәni
o günahsız barmaqların
gecәlәr toxunur, oyadır mәni
nil, ötür ömrün illәri
sәnin ürәyin yaşadır mәni
o günahsız barmaqların
gecәlәr toxunur, oyadır mәni

[bənd 2] [aid]
sabahın xeyir, nil, bütün bakı duyur әtrini
islanmış prospektdәn keçib yәqin dәrdli bir kәs
bu mahnılar da bir gün bilәcәk sәnin qәdrini
radioda sәndәn danışır bu gün şöhrәtli bir kәs

mәsafәlәr heçdir, xәritәdә bir-iki barmaq
biz dünya boyda olsaq da heç vaxt öyünmәdik
qırılan körpülәrdәn uzaq qaçıb tәnha qalmaq
biz tәnha rәqәmlәrtәk ikiyә bölünmәdik

axşamın xeyir, nil, yәqin ki, tanıdın mәni
tozla dolu bu şәhәrdә, heç kimә qarışmadıq
mahnılar qәmlәndikcә, zirvәyә qaytarır mәni
hәr kәs bizdәn danışdı, sәn heç vaxt danışmadın

isidir sevgini bәzәn, soyuqdan donmuş әllәr
deyәsәn qanadını әzdin sәmalardan düşәndә
bu notlar sәnә yad deyil, hәr birini tanıyırsan
mәn sәni anlamasam da, sәn mәni anlayırsan
[nəqərat] [tomris]
nil, ötür ömrün illәri
sәnin ürәyin yaşadır mәni
o günahsız barmaqların
gecәlәr toxunur, oyadır mәni

nil, ötür ömrün illәri
sәnin ürәyin yaşadır mәni
o günahsız barmaqların
gecәlәr toxunur, oyadır mәni

letras aleatórias

MAIS ACESSADOS

Loading...