letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de h.o.s.t-landiya - orkhan zeynalli

Loading...

[skit]
aid, host production, beat pro

[nəqərat]
rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

[bənd 1]
yox olur güc, yox olur pul, yox olur varın-dövlətin
yox olur əldə olunanlar, yox olur bir skandalla
yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin
yox olur danışma haqqın əlindəki qandalla

yox olur ictimai rahatlığın bir saqqalla
yox olur göz yaşın da, hansı ki, axır fontanla
yox olur şöhrətin də, hansı ki, satılır pulla
çoxunun gözündə kral olmaq olar bir neçə qulla

qoy cibinə “paçka” dollar, vidalaş suallarla
doğrunu boş ver, sən qabağa get yalanlarla
düşüncələr ballada, qəhrəmanlar gizli
bizim həyatımız muzeydir, sizinki isə estrada
hamının əməlləri asılıdır rentabeldən
kimsə namaz qılır çiyin-çiyinə ben ladenlə
sən bəlkə də məşhursan, hardasa qrenlandiyada
burda isə bizik kral, bura bizim “hostlandiya”dır

[nəqərat]
rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

[bənd 2]
hər gün yeni tərzdə, hər gün yeni ampluada
bizdən çıxan qan da muzeyə gedir kapsulada
dəyirmi masa sistemi, mərkəzdə pentaqramma
bu masa arxasında söz keçirməz drakula da

dilimdə stiqmata, sözlər axır öz başına
vurulun sözlərimə, vurulmayın göz-qaşıma
kim deyir, 1 nəfər olmasa h.o.s.tun gücü azalır!?
niyəsə boş zalda konsert gəlmir yaddaşıma
sistem kor gözsə, biz onun görmədiyi düz yol
baş verdi laxtalanma, amma itirilmədi control
özümüzə planet qurduq, fırlanırıq oksigenlə
siz sanki volframda, udduğunuz təkcə karbon

hosted şəbəkəsində tracklərimiz antenadır
bizim sözlərimiz qan, sizinkilər qanqrenadır
dalımıza düşsəniz də, qabağımıza çıxsanız da
toqquşa bilmərik, çünki h.o.s.t ayrı bir sferadır

[nəqərat]
rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – sanki qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

rap – ciddi təhlükə, sənə düşmən kəsilib
rap – sanki məhkəmə, hakimsə h.o.s.t seçilib
rap – qanlı qərənfil, şəhidsə sətirlərimiz
hər səhv addım atdıqca, çəkilir tətiklərimiz

letras aleatórias

MAIS ACESSADOS

Loading...