letra de 40-cı paralel (live) - orkhan zeynalli
[nəqərat: röya miriyeva]
kaş gözlərdən axan yaş olaydın
kaş getməyəydin, birgə yaşlanardıq
son kəs bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
[bənd 1: orkhan zeynalli]
qəribəsən, bakı, ürəyi olmayanlar
itirilmiş sevgidən yazır (nə isə)
sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda
gələcəyi üçün insan keçmişini körpüdən atır
bir gün ölkədən qaçıb azmaq idi arzum
elə bilmə, səni yaddaşdan pozmaq idi arzum
artıq donub əlləri, güclə dayanıb ‘’jack’’
istəmədim, batan gəmidə çalım violonçel
ömrü bizim ömrümüzdən uzun bəstələrim var
dərinlikdən qaça bilməzsən qayıqla ancaq
zaman tunelində ilişib qalanlara pis xəbərim var!
geriyə dönmədən baxın, uşaqlıq qayıtmayacaq
”həyat gedir” dediyin anda birdən vaxt sancar
üzünə baxıb deyər – keçir ömür, böyüyürsən, qocalırsan
dinlə bu gecə təkcə məni
elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan
[nəqərat: röya miriyeva]
kaş gözlərdən axan yaş olaydın
kaş getməyəydin, birgə yaşlanardıq
son kəs bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
kaş gözlərdən axan yaş olaydın
kaş getməyəydin, birgə yaşlanardıq
son kəs bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
[bənd 2: orkhan zeynalli]
heç vaxt təkrar oxumayacağım sevimli kitabtək
qalacan rəflərdə, özünəməxsus yerdə
özünəməxsus tərzdə hərdən yada salıb
bakı, sənin xislətin bizi bir-birimizə baha satır
xatirəsi ağ qara şək!llər olan son nəsil bizik
“happy end”lə bitməyən hər bir son əzir bizi
çox əsib dizim, amma ki qaçdıqca yollar artır
dünən qibləmiz manat idi, bu gün dollar artıq
mən səni tərk etmədim, seçim etdim
artıq illərdir ki, bu yarımadada həyat dustaq
vermir nə ömür sınaqlar, nə də ki tale dostlar
getmir “səməd vurğun”a prospektdən trolleybuslar
bəlkə də, dəyişəcək nə vaxtsa pasportumun rəngi
doğum yeri qalır eyni, necə gözlərimin rəngi
yollarını əzbər bilsəm də, yolunu azdıran şəhər
mənə, məni “mən” etmiş mahnılarımı yazdıran şəhər
[nəqərat: röya miriyeva]
kaş gözlərdən axan yaş olaydın
kaş getməyəydin, birgə yaşlanardıq
son kəs bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
kaş gözlərdən axan yaş olaydın
kaş getməyəydin, birgə yaşlanardıq
son kəs bu döngələr səni səslər
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
kaş (gözlərdən axan yaş olaydın)
kaş (getməyəydin, birgə yaşlanardıq)
son (kəs bu döngələr səni səslər)
gəl, gözləyərəm
gözləyərəm
gözləyərəm
letras aleatórias
- akhxl › letra de heal - akhxl
- tamar kaprelian › letra de poison (ari ari) - tamar kaprelian
- 18 karat › letra de mama ist nicht stolz - 18 karat
- omar offendum › letra de dc guide - omar offendum
- jalle sevi rin › letra de clone - jalle & sevi rin
- seventh day slumber › letra de till the end - seventh day slumber
- jennifer lopez › letra de i've been thinkin' - jennifer lopez
- ill noize › letra de fears - ill-noize
- sofia lynch › letra de i can't live without you - sofia lynch
- d ace › letra de ptr - d. ace