letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sən ey uşaqlıq - oqtay ağayev

Loading...

nəğmə susdu dodaqlarda
dilə gəldi tüfənglər
mənim atam uzaqlarda
cəbhələrdə bir əsgər

anamızın laylaları
nənnilərdə pozuldu
arzuladıq ilk baharı
istəyimiz yaz oldu

sən ey uşaqlıq
sən bizdən uzaq düşdün artıq
de, səni yellər apardı
ya soyuq əllər apardı?
anamızın laylaları
nənnilərdə pozuldu
arzuladıq ilk baharı
istəyimiz yaz oldu

görmədik biz gül dəstəsi
görmədik biz oyuncaq
ata səsi, ana səsi
eşitmədik doyunca

öz qoynuna aldı bizi
bu buruqlar şəhəri
yarı böldük tikəmizi
gözlədik al səhəri

sən ey uşaqlıq
sən bizdən uzaq düşdün artıq
de səni yellər apardı
ya soyuq əllər apardı?

letras aleatórias

MAIS ACESSADOS

Loading...