letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de çəhrayı sərçələr - omen (az)

Loading...

[bənd 1]
de görüm, mənə nəyi öyrədəcəksən?
ağlımı başımda görməyəcəksən
çəkəcəm özümə tərəfə səni də
sən hələ dəliliyi öyrənəcəksən

tutacam əlini aparıb uzağa
əmin ol, geriyə dönməyəcəksən
qıracam inadımı, sevəcəm səni mən
yenidən yaramı göynədəcəksən

sevirəm həyatın dəli bu tərəfin
aparır uzağa məni bu hədəfim
var mənə, mənim öz dünyam burda
qaldırır ölülər sağlığa qədəhi

sayılır insan görkəmlə
mən getməliyəm niyə ölkəmdən?
sənə necə güvənim? pis də çıxmasın
qorxuram hələ də kölgəmdən

önümə gələni qoşuram özümə
gedirəm, onsuz önüm də boş
həqiqət acıdır nə olsun?
onsuz yaşayan adama ölüm də xoş
ayılır insan xeyrini düşünüb
qazanır üstünə beş də qatan
mən beş yerə gedirəm beş manata
amma çətin ki, olaram peşman adam

[bənd 2]
bu həyat sevmir mərd adamları
zamanla belini bükürlər onsuz
yıxılıb qalxdım, bu gün də burdayam
hər şeyə rəğmən, şükürlər olsun

qaçıram sonsuz qarlıqdan
məni sıxanda zamanla darlıqlar
səmadan uzaqda kainat sonsuz
bilirəm, yaradan varlıq var

görünür, boğazıma yapışıb hələ də
düşmür ölümün pəncələri
qoy yağış da yağsın, tufan qopsun
qırsın külək də pəncərəmi

mən dağıdıram əlim ilə mənzərəmi
sənin gülüşünə qonanda qəmzələrin
bunu bəlkə də tanrım işarə göndərir
ölümümə çəhrayı sərçələri
mən çəkəcəm rəsmini, küsəcək rənglər
buna görə dağılır dəngəm hərdən
ağıllı dəliyəm hərdən
səninlə getməyək dərinə bəlkə? ey!

açılıb gözümün pərdələri
mən sayıram, neçə ilimi heyif elədim
amma sonunda səndən şeir də yazdım
cıraraq həyatımın səhifələrin

letras aleatórias

MAIS ACESSADOS

Loading...