letra de məkr - okaber
[bənd 1]
sağ göstərib sol vururam
şərq göstərib qərb aparıram
nə qədər qəlb aparıram
bir o qədər də özümü qəribə aparıram
oxuyur xanəndələr, eşitmirəm
eşidirəm daha mən nələr
dar məngənədə var bəndələr ki
hamısı çələbi, hamısı danəndələrdir
necə olur həmrəylik?!
güvəndiyin insanlar sürüyür cəmdəyini
kimdə balta, kimdə mişar, kimdə rəndə idi
və təkcə büdrəməyinin günahı səndə idi
cavab gəlmir axmaqdan (axmaqdan)
kor olmuşuq baxmaqdan (baxmaqdan)
soruşun bədbəxtlərdən
niyə yuyulmurdu qan ləkələri metlaxlardan
[bənd 2]
hərəkətə qiymət
dərə-təpə qeybət
bərəkətə hiylə
mənə görə, siğə elə zinadır
yenə öz boyunlarına günahı
belə yazmır din axı
belə yazmır din ağır
[bənd 3]
bədənlərdə məkr
ruhlarda çirkab, gözlərdə intizar tapdım
evini itirən başını vurmağa divar tapmır
hər gün xəbərlərdə hər cürə intihar tapılır
getdim sonsuzluğa, gördüm, görüb gəldim
ölüb dirildim, dirilib ölüb gəldim
sən çevrəndəki insanları görmürsən
mən cəhənnəmin çevrəsini dönüb gəldim
[nəqərat]
kimin əvvəlidir, kimin axırı
kimin əvvəli, kimin axırı
kimə axırı, kimə əvvəli
kimə əvvəli, kimə axırı
kimin əvvəlidir, kimin axırı
kimin əvvəli, kimin axırı
kimə axırı, kimə əvvəli
kimə əvvəli, kimə axırı
letras aleatórias
- mary hd › letra de a better day - mary hd
- asfan shah › letra de 143 (aku cinta kamu) - asfan shah
- wretch 32 › letra de pressure - wretch 32
- okkervil river › letra de days spent floating (in the halfbetween) - okkervil river
- 深澤秀行 › letra de theme of deadpool ~ never do it now! - 深澤秀行
- james arthur › letra de say you won't let go - james arthur
- laleh › letra de aldrig bli som förr - laleh
- bibio › letra de night falls - bibio
- francesco renna › letra de specchio - francesco renna
- koldi › letra de lew - koldi